Ərdoğanla Bayden görüşündə Qarabağla bağlı müzakirə aparılacaq
Yusif Nəzərli
01:36 13.10.2021
Siyasət
795
Qafar Çaxmaqlı: "Amerika burada yaşayan əhalinin durumu ilə bağlı "narahatlığını" ifadə edə bilər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində görüşü baş tutacaq. Verilən məlumatlara görə liderlər Qarabağdakı vəziyyətə də toxunacaqlar.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən ermənişünas-alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Bayden-Ərdoğan görüşündə şübhəsiz ki, regional məsələlərin müzakirə ediləcəyini deyib. Onun sözlərinə görə, Qarabağla bağlı da müzakirənin aparılması istisna olunmur:
"Türkiyənin mövqeyi bəllidir. 44 günlük savaşdan sonra reallıqlar ortadadır və Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Fikrimcə, görüşdə işğaldan azad olunmamış ərazilərdə erməni əhalinin durumu ilə bağlı məsələlər də gündəmə gətirilə bilər. Bu məsələdə də Türkiyənin mövqeyi bəllidir, Türkiyə Azərbaycanın iradəsinin kənarında hər hansı razılaşmalara getməyəcək".
Q.Çaxmaqlı əlavə edib ki, Amerikanın hər hansı şəkildə regiona daxil olması məsələsi də müzakirə predmeti ola bilər:
"Çünki ABŞ və Fransa istəyirlər ki, Minsk qrupu çərçivəsində danışıqların aparılmasına nail olsunlar. Bu formatın dirçəldilməsi təşəbbüsləri var və onun əvvəlki formatda davam etdirilməsinə çalışılır. Və yəqin ki, həmin görüşdə Ermənistanın Azərbaycanla sülh sazişi bağlanması məsələsi, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması mövzusu da keçəcək. Çünki bu məsələlər Azərbaycanla Ermənistan və Türkiyə arasında nəzərdə tutulan hansısa barışıqla birbaşa bağlıdır.
Əgər Ermənistanla bu istiqamətdə razılaşma olacaqsa, artıq Minsk qrupunun vasitəçiliyinə ehtiyac qalmayacaq. Çünki Ermənistan həmin sazişdə mütləq ölkələrimizin, erməni əhalinin yaşadığı torpaqlar da daxil olmaqla, ərazi bütövlüyünü tanımış olacaq. Amerika burada yaşayan əhalinin durumu ilə bağlı "narahatlığını" ifadə edə bilər.
Bu məsələdə də heç bir problem yoxdur. Artıq Azərbaycan prezidenti səviyyəsində elan olunub ki, Azərbaycanda yaşayan ermənilərin də digər azlıqlar kimi bütün hüquqları qorunacaq. Əlbəttə ki, onlar Azərbaycan qanunları ilə yaşamaq seçimini seçsələr.
Qarabağla bağlı Amerikanın hər hansı şərt irəli sürəcəyinə inanmıram. Onları düşündürən bölgədə gedən proseslərə qatılmaq naminə "oyundankənar " vəziyyətdən çıxmalarıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya