Azərbaycanda bir neçə televiziyaya xəbərdarlıq edilib
Yusif Nəzərli
14:06 21.11.2022
Cəmiyyət
482
Audiovizual Şura “Space TV”, “MTV” və “ATV” televiziya redaksiyalarına (kanallarına) xəbərdarlıq edib.
Bu barədə "Report"a Şuradan məlumat verilib.
Bildirilib ki, Şuranın onlayn formatda iclası keçirilib və iclasda Şuraya daxil olmuş şikayətlər əsasında aparılmış monitorinqlərin nəticəsində "Space TV" və "MTV" redaksiyalarının (kanallarının) efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.
"Space TV" redaksiyasının (kanalının) efirində 12.10.2022-ci il və 13.10.2022-ci il tarixlərdə saat 12.00 – 14.45 arası yayımlanan "Gəl danış" və "MTV" redaksiyasının (kanalının) efirində 18.10.2022-ci il və 19.10.2022-ci il tarixlərdə saat 13.00 – 15.00 arası yayımlanan "Ümid ilə gəl" proqramlarında şikayətçi qismində iştirak edən Fərman adlı şəxs tərəfindən həyat yoldaşı və onun ailəsi barədə nalayiq ifadələr işlədilib.
Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.4-cü maddəsinin tələbinə (uşaqlar arasında dövriyyəsi qadağan edilən ailə institutunu nüfuzdan salan informasiya) zidd olmaqla, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulmasıdır.
İclasda, həmçinin, "ATV" redaksiyasının (kanalının) efirində 17.11.2022-ci il tarixdə "Media haqqında" Azərbaycan Respublikası Qanununun eyni maddəsinin, yəni 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı da müzakirə olunub.
Belə ki, saat 12.00 – 13.50 arası yayımlanan “Günün sədası” proqramında iştirak edən şəxs tərəfindən zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə olunmuşdur ki, bu “Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.4-cü maddəsinin tələbinə ziddir.
Baş verən bütün hallarda pozuntular canlı yayım zamanı baş vermişdir. Lakin televiziya redaksiyalarının aparıcıları qonaq və ya ekspertlər tərəfindən istifadə olunan belə ifadələrin qanuna zidd olması ilə bağlı həm onlara, həm də tamaşaçılara məlumat verməli olduqları halda, müdaxilə etməmiş və açıq efir ilə zorakılıq və qəddarlığın təbliğinə şərait yaratmış olublar. Televiziya aparıcıları bu sahədə daha diqqətli olmalı, proqram iştirakçılarına qanunvericiliyə əməl olunmasının zəruriliyi barədə dərhal məlumat və xəbərdarlıq verməlidirlər.
Aparılan müzakirələrdən sonra Audiovizual Şura qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçıları olan “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin “Space TV” redaksiyasına və "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasının "ATV" redaksiyasına, habelə peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" MMC-nin "MTV" redaksiyasına xəbərdarlıq edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm