
Göbələk zəhərlənməsinə məruz qalan şəxs bunu etməməlidir -Xədərdarlıq
11:28 29.10.2024
Sağlamlıq
1001
Oktyabrın 28-də saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxslər göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
1985-ci il təvəllüdlü (qadın cinsi) şəxs isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Maraqlıdır, göbələkdən zəhərlənmə halları nədən qaynaqlanır? Göbələk alarkən nəyə diqqət etməliyik?
Suallarımızı cavablandıran qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, göbələk zəhərlənməsinin simptomları göbələkdə olan zəhərdən asılı olaraq dəyişir:

"Göbələk yeyildikdən 2 saat sonra qısa müddət ərzində zəhərlənmə əlamətləri görülür. Başgicəllənmə, aşağı təzyiq, bulanıq görmə, üz və boyun qızarması, nəbzin artması, ağızda metal dadı, ürəkbulanma və qusma, tərləmə, ishal, qarında ağrılar, daha sonra qaraciyər və böyrəklərin pozulması, koma və ölüm baş verə bilər.
Göbələk zəhərlənməsinə məruz qalan şəxs heç vaxt dərman və ya süd, qatıq kimi məhsullar istehlak etməməlidir. Dərhal tibb müəssisəsinə müraciət etməli və mümkünsə, yediyi göbələkdən nümunə tibb müəssisəsinə aparılmalıdır. Çünki müxtəlif növ zəhərlənmələrə qarşı fərqli dərman müalicəsi tətbiq edilir. Bu cür hallardan qorunmaq üçün bəzi qaydalara əməl etmək lazımdır.
İlk növbədə zəhərli olmayan göbələk növlərini tanımaq lazımdır. Göbələyi bildiyiniz yerdən alın, təmizliyinə və təzə olmağına diqqət edin. Göbələklər alındıqdan sonra dərhal bişirilməlidir. Bişmiş göbələkləri digər yeməklər kimi soyuducuda saxlamaq olar. Bundan əlavə, göbələkləri qorumaq üçün qurutma, konservləşdirmə və duzlama kimi saxlama prosesləri də mövcuddur. Sağlamlığınızı və canınızı qorumaq üçün maariflənin, diqqətli olun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət