Bu gün XII Qlobal Bakı Forumu başlayır
Yusif Nəzərli
20:21 12.03.2025
Siyasət
420
"Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başlayır.
Teleqraf xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək forum 13-15 mart tarixində baş tutacaq.
Tədbir çərçivəsində “Geosiyasi dəyişmələr”, “Multilateralizmə yenidən baxılması”, “Gələcək üçün BMT Paktı”, “Ukrayna-Avropa Birliyi”, “Qlobal səhiyyə böhranda”, “Sülh-münaqişə sonrası yenidənqurma və regional rabitlik”, “COP29: Belem üçün sıçrayış”, “Yeni dünya üçün yeni texnologiyalar”, “Gender- təhlükəsizlik - iqlim Bağlantısı” kimi mövzular müzakirə olunacaq.
Forumda 25-dən çox sabiq prezident, 15-dən çox sabiq baş nazir, 10-a yaxın BMT və agentliklərinin rəhbərləri, 25-dən çox sabiq nazir və nazir müavinləri daxil olmaqla, ümumilikdə 60-dan çox ölkədən 300-dən çox nüfuzlu dünya liderləri iştirak edəcək.
Qeyd edək ki, Qlobal Bakı Forumu (Global Baku Forum) 2013-cü ildən etibarən hər il təşkil olunan beynəlxalq tədbirdir. Forumun əsas təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Bu tədbir dünyanın müxtəlif ölkələrindən nüfuzlu siyasətçiləri, ekspertləri, akademikləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir.
Forum çərçivəsində müxtəlif panellər təşkil olunur və əsas məqsəd qlobal çağırışları müzakirə etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və müxtəlif sahələrdə problemlərə həll yolları axtarmaqdır.
Burada iqtisadi, siyasi, humanitar məsələlər, qlobal təhlükəsizlik, o cümlədən, iqtisadi inkişaf, enerji siyasəti, iqlim dəyişikliyi və süni intellekt kimi digər aktual mövzular ətrafında müzakirələr aparılır.
Son illərdə Qlobal Bakı Forumu dünya siyasətində nüfuzlu platformalardan birinə çevrilib və BMT, Aİ, NATO kimi beynəlxalq qurumların rəsmilərinin, həmçinin sabiq dövlət və hökumət başçılarının iştirak etdiyi mühüm tədbirlərdən biri kimi tanınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya