Efirdi, ya dəlixana?! – “Ağsaqqal, ağbirçək obrazları məhv edilir” - Şou meymunları...!
Efirdi, ya dəlixana?! – “Ağsaqqal, ağbirçək obrazları məhv edilir” - Şou meymunları...!
Yusif Nəzərli
17:22 09.03.2023
Media
1282
"Mühafizəkar insanam. Bizi azərbaycanlı edən keyfiyyətlərin dəyişmədən qorunub, qalmasının nəinki tərəfdarı, hətta bu istiqamətdə mübarizə aparmağa daim hazıram".
Bunu "Sherg.az"a "AzVision"nın baş redaktoru Vüsal Məmmədov deyib. O vurğulayıb ki, dünyada insanlar, xalqlar çoxdur:
"Dəyərlərimizə hörmət etməsək, hansısa ölkə, ərazi, sərhədlərin daxilində bir kütləyə çevriləcəyik. Kobud səslənsə də, bir milyon ton ət və sümükdən başqa heç nə olmayacağıq. Bu, Azərbaycan xalqına məxsus əlamətləri itirəcəyimiz təqdirdə bizi gözləyən gələcəkdir. Nəyin bahasına olursa, olsun bizi başqa xalqlardan fərqləndirən, məhz azərbaycanlı edən keyfiyyətləri mütləq qorumalıyıq.
Sözügedən keyfiyyətlərdən biri də böyük, ağsaqqal, ağbirçəyə qoyulan hörmət, verilən qiymətdir. Söhbət ondan getmir ki, yaşlı insanlar evlənməsin, həyat yoldaşı vəfat edəndən sonra tək yaşasınlar. Hər yaşda evlənmək olar. 70 yaşlı bir kişi ilə öz yaşıdı olan bir qadın ailə qurursa, burada pis heç nə yoxdur. Pis odur ki, yaşlı qadına qırmızı geyindirib, xınayaxdı məclisi keçirirlər. Eyni zamanda xına aparıcılarını dəvət edib, haxışta dedirdirlər. Artıq bu, normal deyil, sadəcə ələ salmaqdır. Bir qrup ağsaqqal, ağbirçək də ortaya düşüb, onların qarşısında oynayır. Qıraqdan ilk dəfə baxan adamda dəlixana təəssüratı yaradır. Sanki komediya və ya ağlını itirmiş adamlara baxırsan. Bilmirəm, efirlərə çıxıb, evlənmək istəyən insanların kimsəsi var, yoxdur?! Necə ki gördüyümüz balaca uşaq hamımızın balasıdır, eləcə də qoca nənə, baba hər birimizin babası, nənəsidir".
Tanınmış jurnalist məlum mövzudan danışarkən babasının 90 ildən çox yaşadığını diqqətə çatdırıb:
"Babam İkinci dünya müharibəsinin veteranı olub. Çox ağır xasiyyətli, sözü bütöv, sərt kişi idi. Hamı məcburən ona hörmət edirdi. Düşünürəm ki, heç kim efirdə yayımlanan xınayaxdı məclisindəki insanların etdiyi hərəkətləri babamdan görə bilməzdi. O, klassik bir Azərbaycan ağsaqqalı idi. Tək mənim yox, əksəriyyətimizin babası belə olub və onları elə görmüşük. Amma bu gün həmin yaşlı adamları ucuz şouda oynadır, qırmızı geyindirib, xınayaxdılarını keçirdirlər. Sanki şou meymunlarıdır. İfadələrimi həssas seçməyə çalışıram ki, kiminsə qəlbinə toxunmayım. Amma vəziyyət həqiqətən də, dəhşətlidir. Hansısa bir ağsaqqal, ağbirçək yanlış düşünə, özünə hörmət qoymaya, nəyinsə acığına etmiş ola bilər. Bəs bizə nə gəlib?! Kimlərsə də pul qazanmaq, reklam, reytinq, tamaşaçı toplamaq xatirinə buna yol verir. Amma ortada məhv olan Azərbaycan xalqının ağsaqqal, ağbirçək obrazıdır. Bu gün yaşlı insanları xoşagəlməz şəkildə görənlər sabah artıq başqa mühitdə, şəraitdə ağsaqqal, ağbirçək fikri ilə hesablaşmaq istəməyəcək.
80 yaşında ortada tullanıb, düşən adamlara niyə hörmət qoymalıyıq, deyəcəklər. Beləcə, bizi azərbaycanlı edən daha bir keyfiyyət əlimizdən alınmış olacaq. Onsuz da zamanla bəzi xüsusiyyətləri əldən veririk. Liberalizm, feminizm adı altında dəyərlərimizin bir hissəsini alırlar.
Namus, qeyrət, əxlaq, ismət, bakirəlik kimi anlayışları arxaik elan edirlər. Bu da başqa bir istiqamətdə dəyərlərimizə təsir göstərir. Son olaraq, ağsaqqala, ağbirçəyə olan hörməti də bu verilişlərlə, şoularla əlimizdən almağa çalışırlarsa, sual yaranır: bizi azərbaycanlı edən, biokütlə olmaqdan qurtarıb, xalq edən keyfiyyətlər qismində ortada nə qalacaq?! Nəyə əsasən deyə biləcəyik ki, biz Afrika, Avropa, Uzaq Asiya yox, Azərbaycan xalqının nümayəndəsiyik. Bizi digər millətlərdən fərqləndirən nə olacaq?. Artıq milli məsələlərdə mühafizəkar olmağa məcburuq. Liboşluq bizə kifayət qədər zərbələr vurub. Sağlam mühafizəkarlıq lazımdır ki, azərbaycanlı simamızı qoruyub, saxlaya bilək".
Qeyd edək ki, tanınmış jurnalist Vüsal Məmmədov evlənmək adı ilə efirə çıxan yaşlı insanları şou yaratdıqlarına görə, tənqid edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm