Mətbuat şuralarının inkişafı üzrə yeni konsepsiya hazırlanır
08:43 30.03.2023
Media
718
Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AIPCE) Avropa Jurnalistlər Federasiyası (EFJ) ilə birgə icra etdiyi “Media şuraları rəqəmsal dövrdə” adlı layihə çərçivəsində mətbuat şuralarının inkişafını ehtiva edən konsepsiya hazırlanır. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihəyə UNESCO da dəstək verir.
Azərbaycan Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli Trend-ə bildirib ki, layihənin əsas məqsədi internet medianın inkişaf etdiyi bu dövrdə mətbuat şuralarının rolunu müəyyənləşdirməkdən, onların rəqəmsal dövrə trasformasiyasını təşviq etməkdən ibarətdir: “Media şuralarının rəqəmsal dövrə transformasiyasını ehtiva edən yeni konsepsiya hazırda tədqiqatlar və təhlillər mərhələsindədir. AIPCE-yə üzv olan mətbuat şuralarının vəziyyətləri araşdırılır, rəy və təklifləri öyrənilir. Əldə edilən nəticələr təhlil olunur, yeni konsepsiya üçün baza yaradılır”.
Müşfiq Ələsgərli qeyd edib ki, AIPCE-nin üzvü olaraq Azərbaycan Mətbuat Şurası da tədqiqatlara cəlb edilib, fikirləri, təklifləri dinlənilib: “Azərbaycan Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyası olaraq, biz prosesin uğurla tamamlanmasına töhfələr veririk. Mövzu üzrə debatlara qatılaraq, Azərbaycan Mətbuat Şurasının mövcud durumunu təsvir etmişik, qurumun adından təklif və rəylərimizi çatdırmışıq. Mən, eyni zamanda, komissiyanın üzvləri Azər Həsrət və Fərid Pərdəşünas da müzakirələrə, debat və sorğulara qatılmışıq. Onlar AIPCE tədqiqatçıları David Puertas Graell, Luc De Smet ilə müsahibələr əsnasında mətbuat şuraları üzrə yeni çağırışlar barədə fikirlərini səsləndiriblər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm