Mətbuat Şurası jurnalist Fərdin İsazadənin Novruz bayramı videosunu qınadı
13:34 21.03.2023
Media
847
Jurnalist cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, ictimai rəyi düzgün istiqamətləndirmək missiyasını heç zaman unutmamalı, soyuq davranaraq hər hansı kənar təsirə məruz qalmamalı, səsləndirdiyi fikirlərin insanlar tərəfindən birmənalı qarşılanmamaq riskini nəzərə almalıdır. Bu mənada, jurnalist Fərdin İsazadənin “NoyanTapan” adlı erməni YouTube kanalında yayımlanan “Yumşaq güc” verilişində Azərbaycanın Novruz adətlərinin qeyri-insani tərzdə təqdimına cavab mahiyyəti daşıyan satirik video hazırlayıb yayması da yolverilməzdir.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının (MŞ) məlumatında deyilir.
Bildirilir ki, F.İsazadə zorakılığa çağırış kimi qələmə verilə biləcək fikirlər səsləndirməkdənsə, Novruz bayramının gerçək bəşəri mahiyyətini izah etməli, "NoyanTapan" adlı erməni YouTube kanalının materialının cəfəng xarakter daşıdığını göstərməli, bildirməli idi ki, medianın bu sayaq davranışları region xalqlar arasında dayanıqlı sülhün əldə olunmasına maneçilik törədir.
"F.İzazadənin fikirləri jurnalistin şəxsi yumoristik yanaşmasıdır. Azərbaycan mediası bu videonu paylaşmayıb və.ona informasiya məzmunu qazandırmaqdan uzaqdır. Belə təmayüllər ölkəmizin qanunvericiliyinə, konkret olaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.2-ci maddəsinin zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatların, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışların informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılmasının qadağan olunmasına dair tələbinə ziddir. Bu kimi hallar, həmçinin, Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarındakı “jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır” müddəası baxımından da yolverilməzdir.
Mətbuat Şurası Azərbaycanın media təmsilçilərinə müraciət edərək hər bir təqdimatın həssaslıq dərəcəsini ciddi şəkildə düşünməyə çağırır. Şura ayrı-ayrı vətəndaşlara da müxtəlif sosial şəbəkə profillərindəki paylaşımlarında yuxarıda qeyd edilən məqamları nəzərə almağı, ehtiyatlı olmağı tövsiyə edir.
Azərbaycan Mətbuat Şurası, həmçinin, bildirir ki, azərbaycanlılara qarşı zorakılıq hallarının təbliği Ermənistan jurnalistləri arasında dəfələrlə müşahidə olunub. Onlar da bir çox hallarda milli ayrıseçkiliyə, nifrət məmunlu çağırışlara üstünlük veriblər. Təəssüf ki, eyni xoşagəlməz hallar indi də yaşanmaqdadır. Ümid edirik ki, Ermənistan Kütləvi İnformasiya Vasitələrində Etika üzrə Müşahidə Şurası da məsələyə diqqət yetirəcək, Ermənistan mediasında Azərbaycan dövləti və xalqına qarşı aşağılayıcı rəftarın, hiddətin, qəzəbin aradan qalxmasına dəstəyini göstərəcək, bununla bağlı prinsipial mövqeyini ortaya qoyacaqdır", - MŞ qeyd edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm