Amerikalı politoloq: "Azərbaycan 30 il sülh naminə çalışdı..."
Banuçiçək Kalbalıyeva
08:59 21.10.2020
Müsahibə
2062
"İndi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə çalışır"
"Ordunun cəbhə bölgəsində irəliləməsi sülh masasına qayıtmağa kömək edə bilər"
İndiyədək Azərbaycan bütün dünyada qədim, böyük tarixə malik, demokratik bir ölkə ilə yanaşı, həm də işğala məruz qalan, torpaqlarını itirən dövlət olaraq səciyyələnirdi. İyirmi gündən çoxdur ki, bu epitetlər dəyişib. İndi biz haqq savaşçısı, mübariz, ərazi bütövlüyünü təmin etməyə qadir tərəf kimi xatırlanırıq. Ayrı-ayrı ölkələrin diqqəti indi rəsmi Bakıdadır. Dövlət başçımızın uğurlu siyasətinə, xalqımızın iradəsinə, əsgərlərimizin şücaətinə həsəd aparırlar. Və eyni zamanda vəziyyəti təhlil edirlər.
Deyirlər ki, keçmişdən tarixçilər, bu gündən sosioloqlar, gələcəkdən siyasətçilər danışırlar. Dağlıq Qarabağ müharibəsinin keçmişi məlumdur - ermənilərin otuz il əvvələ aid vəhşilikləri və vandallıqları. Bu gününü də görürük. Bəs, davam edən hərbi əməliyyatlar yaxın perspektiv üçün nələr vəd edir? “Sherg.az” olaraq həm bu suala cavab tapmaq, həm də Dağlıq Qarabağ müharibəsinin xarici ölkələrdə necə qarşılandığını bilmək məqsədilə Amerikada yaşayan sosioloq və politoloq, Yəhudi hüquq müdafiə təşkilatının direktoru Samuel Kligerlə həmsöhbət olduq:
- Qarabağdakı hərbi əməliyyatlar barədə fikirləriniz nədir?
- Müharibə bizi çox narahat edir. Fikrimizcə, həqiqətən, beynəlxalq ictimaiyyətin dediyi kimidir: bütün münaqişələrin diplomatik yollarla, sülhlə həlli var. Yəni sülh daha ideal yoldur. Amma onu da başa düşürük ki, Azərbaycan 30 il sülh naminə çalışdı. Bunun nəticə vermədiyini gördüyünə görə, indi öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə çalışır.
- Biz də sülh tərəfdarıyıq. Amma xatırladım ki, ermənilər mülki əhalimizi hədəf alırlar. Beynəlxalq təşkilatlar isə susur…
- Mülki əhalini hədəf almaq beynəlxalq hüquqa görə bir cinayətdir. Dinc sakinlərin müharibə zonasından xeyli aralıda yaşadığını nəzərə alsaq, bu,
xüsusilə təhlükəlidir. Düşmənimizin əməli tamamilə qəbuledilməzdir və dərhal dayandırılmalıdır.
- Moskvadakı atəşkəs razılığına rəğmən, buna əməl olunmamasını necə qiymətləndirirsiniz?
- Bəli, atəşkəsə əməl olunmur. Bu, böyük problemdir. Atəşkəsə dəstək veririk və tərəfləri danışıqlar masasına qayıtmağa çağırırıq.
- Necə düşünürsünüz, vasitəçilər öz işlərini görə bilir?
- Hesab edirəm ki, Avropa ölkələri Dağlıq Qarabağdakı hərbi münaqişədən çox narahatdırlar. Fransa Minsk Qrupunun üzvüdür və həll prosesində daha çox iştirak etməlidir. Bununla birlikdə, tərəflərin xoş iradəsi olmadan həmsədrlər heç nə edə bilməzlər. Gərək, əvvəlcə, Azərbaycan və Ermənistan danışıqlara razı olsun. Hər halda müharibəyə ən qısa zamanda son qoyulmalıdır.
- Rəsmi Moskva ilk günlər özünü neytral kimi göstərsə də, indi açıq-aydın ikili oyun oynayır…
- Rusiyanın mövqeyini siz də yaxşı bilirsiniz. İnanıram ki, Kreml müharibənin bitməsində səmimi qəlbdən maraqlıdır. Amma necə? Bu dövlət Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin yox, status-kvonun saxlanmasının tərəfdarıdır.
- Hərbi əməliyyatların nəticəsini necə görürsünüz?
- Mən hərbi ekspert deyiləm. Amma Azərbaycan ordusunun işğal olunmuş torpaqların cənub və şimal tərəflərində irəlilədiyi görünür. Bu, sülh masasına qayıtmağa kömək edə bilər. Yox, əgər danışıqlar olmasa, müharibənin aylarla davam etməsi realdır. Nəticədə hər iki tərəfdən itkilərin sayı artacaq.
- Yəni sülhün daha ideal variant olduğu qənaətindəsiniz?
- Konkret cavab vermək çətindir. Amma sülh müharibədən daha yaxşıdır. Müharibə müasir dünyada son çarə olaraq qəbul edilir. Müharibəyə bir halda - təcavüzə qarşı müdafiə məqsədilə başlandıqda haqq qazandırıla bilər.
- Bəs, sülh şərtləri necə olmalıdır?
- Əməliyyatlar dərhal dayanmalıdır. Əvvəlcə, atəşkəs elan edilir, sonra isə danışıqlar başlayır. Lakin bir məqamı mütləq nəzərə almaq lazımdır: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmək məqsədilə otuz ildir çalışır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol