NATO baş katibindən Avropaya sərt mesaj: Rusiyaya niyə qulaq asırsınız?

“Ukraynanın təhlükəsizliyinin qarantiyası kimi öz ərazisində xarici hərbçilərin yerləşdirib-yerləşdirməyəcəyinə Rusiya qərar verə bilməz”.
Teleqraf xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.
Alyans rəhbəri Avropanın Rusiyanın Ukraynada qoşun yerləşdirilməsi barədə nə düşündüyünə əhəmiyyət verməsindən təəccübləndiyini bildirib.
“Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Ukrayna suveren dövlətdir. Əgər Ukrayna öz ərazisində sülh sazişini dəstəkləmək və təhlükəsizliyini təmin edəcək qüvvələrin olmasını istəyirsə, bu, onun işidir. Buna başqa heç kim qərar verə bilməz”, - Rutte vurğulayıb.