Putinə zəngin PƏRDƏARXASI – “Proseslərin hərbi sferaya keçməsi tam realdır”
Banuçiçək Kalbalıyeva
11:05 13.08.2020
Müsahibə
1660
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib. Dövlətimizin başçısı V.Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin törətdiyi təxribat barədə məlumat verib. Bundan başqa, Azərbaycan lideri Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb.
Prezident, həmçinin Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib. Telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Məlum telefon zənginin pərdəarxası məqamları ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfqarovun fikirlərini öyrəndik.
T.Zülfüqarovun “Sherg.az”a müsahibəsini təqdim edirik.
-Bu zəngi necə qiymətləndirirsiniz və sözügedən danışıq hansı zərurətdən doğdu?
- Əlbəttə, maraqlı hadisədir. Bəzən siyasi liderlər arasında reallaşan belə olaylar gələcək əlaqələrə təsir göstərir. Hər halda tərəflər arasındakı münasibət bundan sonra bu və ya digər formada dəyişəcək.
- Zəngin məqsədi nə idi?
- Məqsəd Rusiyanın Ermənistana silah satması məsələsinə aydınlıq gətirmək idi. Bu addım Rusiyanın indiyə kimi verdiyi bəyanatlarına ziddir. Yəqin ki, yaxın zamanda dəqiq açıqlamalar olacaq və ictimaiyyətə məlumat veriləcək. Ancaq qaranlıq məqamlar da az deyil.
- Nə kimi qaranlıq məqamlar ola bilər?
- Hədəf Azərbaycan cəmiyyətidir. Tovuz döyüşləri zamanı xalqımızın həmrəyliyi düşmənləri qorxudub. Düzdür, yürüş zamanı təxribatçı ünsürlər oldu. Fəqət biz bütün dünyaya ismarıc verdik.
- Qəribədir, bu zəng məhz Türkiyə generalitetinin Azərbayacana gəldiyi gün baş verdi...
- Əlbəttə, təsadüf deyil və hadisər arasında əlaqə var. Ən azından ona görə ki, motivlər eynidir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın güclənməsi göz qabağındadır. Sözsüz ki, bu, bizi istəməyənləri narahat edir.
- Məlumatda Rusiya silahlarının Qazaxıstan, Türkmənistan və İranın hava məkanı ilə göndərildiyi göstərilir...
- Şübhəsiz ki, narazılığımızı və silahların Azərbaycana qarşı istifadə olunması ehtimalına dair narahatlığımızı bildirməliyik.
- Baş verən son hadisələrin fonunda müharibə ehtimalını necə qiymətləndirirsiniz?
- 2016-cı il hərbi əməliyyatlarından fərqli olaraq Minsk qurupu, bu dəfə demək olar, danışıqlar aparmadı. Bu, onu göstərir ki, münaqişənin siyasi yolla perspektivi görünmür. Ermənistanın işğalçılıq mövqeyi danışıqlara yer qoymur. Dövlət başçımız Paşinyanın yeddi şərti qarşısında bir şərt qoyub: “Dağlıq Qarabağdan erməni qoşunları çıxarılmalıdır". Düzdür, proseslər hələ ki, siyasi müstəvidə davam edir, lakin hərbi sferaya keçməsi də tam realdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya