Ruhani və Zərifin sözləri gərginlik yaratdı - İran və Rusiyanın arası dəydi
08:50 28.10.2025
Region
331
“Rusiya və İran Qərbin təzyiqlərinə qarşı hər zamankindən daha yaxın olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran KİV-ə müsahibəsində deyib.
“İnanmıram ki, ölkələrimiz arasında etimadsızlıq olsun. Çox çətin bir dövrdəyik, indi əvvəlkindən daha çox əməkdaşlıq etməliyik”, - o bildirib.
Ryabkov əlavə edib ki, Rusiya İranla iqtisadiyyat, maliyyə, nəqliyyat və nüvə enerjisi sahələrində əməkdaşlığı genişləndirməyə hazırdır:
“Rusiya və İran hələ də nüvə sahəsində güclü tərəfdaşdır, ABŞ və Avropa İttifaqı İranın nüvə fəaliyyətini hərbi təhdid və sanksiya bəhanəsi kimi istifadə edir. Bu davranışı qlobal təhlükəsizlik və insan rifahı üçün zərərli hesab edirik və İranla birlikdə ona qarşı dayanırıq”.
Açıqlama Tehranda Rusiyanın İranın xarici siyasətindəki mövqeyi ətrafında yaranan yeni siyasi mübahisələr fonunda verilib.
Son günlər keçmiş prezident Həsən Ruhaninin sosial şəbəkələrdə yayılan videosunda qeyd olunub ki, 2010-cu ildə Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında İran əleyhinə sanksiya qətnamələrinə səs verib. Keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif də bəyan edib ki, Moskva həm İranın dünya ilə normal əlaqə qurmasını istəmir, həm də onu digər ölkələrlə birbaşa qarşıdurmaya girməkdən çəkindirir.
İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf buna cavab olaraq söyləyib ki, Rusiya ilə strateji əməkdaşlıq inkişaf edərkən, onların mövqeləri bu prosesi zədələyib.
Keçən ay Fransa, Almaniya və Böyük Britaniya BMT-nin “tətik mexanizmi”ni aktivləşdirərək İran əleyhinə sanksiyaları bərpa etdikdən sonra diplomatik gərginlik artıb. Bu ölkələr İranı nüvə öhdəliklərini pozmaq və AEBA-nın yoxlamalarının qarşısını almaqda ittiham ediblər. Rusiya xarici işlər naziri Sergey Lavrov bundan sonra bu mexanizmi Məhəmməd Cavad Zərif tərəfindən hazırlanmış “İran üçün hüquqi tələ” kimi qiymətləndirib. Zərifin Lavrov və Rusiyaya yönəlik cavabı sərt olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm