"Öz doğma yurdumu görmək üçün inanın ki, burnumun ucu göynəyir" - Partiya sədri
08:22 20.02.2022
Aktual
973
"Ancaq indiyə qədər işğaldan azad edilmiş rayonlarımıza qanunsuz yolla səfər etməyə birdəfə də olsun səy göstərməmişəm"
"Müğənninin, məmurun, deputatın, həkimin, QHT rəhbərlərinin, partiya sədrlərinin gözləri qara deyil ki, kefləri istəyəndə durub icazəsiz-flansız işğaldan azad olunmuş rayonlara getsinlər, oradan selfilər çəksinlər, "kabab məclisləri"nin videogörüntülərini paylaşsınlar, cəmiyyətə pis nümunə olsunlar".
Bu sözləri "Sherg.az"a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, hər birimiz cəmiyyətə yaxşı mənada örnək olmağa çalışmalıyıq:
"Hamımız qanun qarşısında məsuliyyətimizi hiss etməliyik. Bu baxımdan, mən işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarını, cərimə edilmələrini və ya həbs olunmalarını düzgün hesab edirəm. Daxili İşlər Nazirliyinin (DİN) bu cür şəxslərə qarşı prinsipial mövqe tutması təqdirəlayiq haldır. Qarabağdan, Şərqi Zəngəzurdan olan insanlarımızın torpaq, yurd həsrətini yaxşı başa düşürəm. Çünki özüm də işğaldan azad edilmiş rayonlardan birinin sakiniyəm. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Vaxtilə uğrunda vuruşduğum torpaqlara səfər etmək, öz doğma yurdumu görmək üçün inanın ki, burnumun ucu göynəyir. Ancaq indiyə qədər nə Ağdama, nədəki Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, eləcə də işğaldan azad edilmiş digər şəhər və rayonlarımıza qanunsuz yolla səfər etməyə birdəfə də olsun səy göstərməmişəm. Gəlin biraz da səbr edək, əziz soydaşlar. İnşAllah Böyük Qayıdışımız mütləq baş tutacaq, xəyallarımız gerçək olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya