Eldəniz Əzizli: "Prezidentin dəstəyi güləşçiləri daha da ruhlandırır"
Yusif Nəzərli
13:23 09.04.2022
İdman
671
Eldəniz Əzizli: Prezidentin dəstəyi güləşçiləri daha da ruhlandırır
"Ölkə başçısı daim idmana və idmançılara dəstək olub. Biz də bu dəstəkdən ruhlanır, həvəslənir və yarışlara daha yaxşı hazırlaşırıq".
Bunu "Report"a açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Prezident İlham Əliyevlə görüş barədə danışarkən deyib.
55 kq çəki dərəcəsində çıxış edən idmançı qəbul zamanı dövlət başçısının güləşçilərə dəyərli tövsiyələr verdiyini bildirib: "Biz də bundan sonra işimizə daha məsuliyyətlə yanaşacağıq. Ümumiyyətlə, görüş çox xoş oldu. Yunan-Roma güləşi üzrə yığma komandanın adından Prezidentə təşəkkür edən idmançı mən oldum. Elə oldu ki, mətni mənə verdilər və özüm çıxış etdim. Prezidentə minnətdarlığımızı bildirdik".
Əzizli 5-6 noyabrda Bakıdakı Dünya Kubokunda eyni uğuru təkrarlamaq istədiklərini vurğulayıb: "İnanıram ki, komandamız bu dəfə də yaxşı çıxış edəcək və kubokun paytaxtımızda qalması üçün əlimizdən gələni edəcəyik. Beləliklə, Prezidenti öz uğurlarımızla bir daha sevindirmək niyyətindəyik".
30 yaşlı pəhləvan bildirib ki, Prezident İlham Əliyevin onları və güləşi diqqətdə saxlaması idmançılar üçün böyük motivasiyadır: "Ölkə başçısının səni şəxsən tanıması, nailiyyətlərini bilməsi və izləməsi bizim üçün böyük fəxrdir. Fəxr edirik ki, bizi - idmançıları başa düşən Prezidentimiz var. Buna görə nə qədər şükür etsək, "çox sağ ol" desək, azdır".
Təcrübəli idmançı güləşdən başqa digər idman növlərinin də dövlətin diqqət mərkəzində olduğunu sözlərinə əlavə edib: "Qazanılan uğurla kifayətlənmək istəmirik. Bu il daha 3 nüfuzlu yarışımız var, hamısında maksimum nəticə qazanmaq niyyətindəyik. Daha sonra növbəti, lisenziya ilinə xoş təəssüratlarla girmək istəyirik".
Əzizli Prezident İlham Əliyevin gənclərə böyük etimad göstərdiyini və komandalarında da gənc güləşçilərin yer aldığını deyib: "Yaxşı gənc idmançılarımız var və bu da onu göstərir ki, bütün işlər düzgün qurulub. Prezidentlə görüşdə olanlardan Avropa üçüncüsü Həsrət Cəfərovun (67 kq) 19, təcrübəli Rafiq Hüseynovun (82 kq) isə 34 yaşı var. Gənclərimiz qarşıdakı yarışlarda daha yaxşı nəticələr əldə edəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial