
Paşinyan Bakının tələblərinə dərhal müsbət cavab verməkdən çəkinir -ŞƏRH
Paşinyan Bakının tələblərinə dərhal müsbət cavab verməkdən çəkinir -ŞƏRH
Yusif Nəzərli
05:40 22.12.2024
Gündəm
460
Baş nazir təkcə erməni cəmiyyəti qarşısında deyil, eyni zamanda həm Putin, həm də Makron qarşısında manipulyasiya edir
Ermənistanın Baş naziri Nikol Paşinyan "Armenpress" agentliyinə verdiyi müsahibədə Azərbaycanla aparılan danışıqların hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və qarşılıqlı ərazi iddiaları barədə danışıb. Baş nazirin konstruktiv dialoqa hazır olduğu görüntüsü yaratmasına baxmayaraq, onun bəyanatlarında ziddiyyət var.
Paşinyan sülh prosesinin pozulmasında öz məsuliyyətini gizlətmək üçün gözəçarpan, lakin əsassız bəyanatlarla çıxış edir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesdə azacıq irəliləyiş olan kimi rəsmi İrəvanın oyunları, Baş nazir Nikol Paşinyanın manipulyativ çıxışları daha da artır.
Paşinyan müsahibəsində vurğulayıb ki, Ermənistan danışıqlarda fəal iştirak edir və artıq sülh müqaviləsinin razılaşdırılmayan iki maddəsi üzrə öz təkliflərini Azərbaycana təqdim edib. O, şərt irəli sürüb: Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş ərazilərində üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməsinə yol verilməməlidir. Onun məntiqinə görə, delimitasiya eskalasiya risklərini minimuma endirməlidir, buna görə də üçüncü tərəflərin iştirakı artıq gərəksiz olur.
Paşinyan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının "olmadığı"nı da vurğulayıb. O, belə iddiaların mövcud olmadığını bildirərək, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə edilən istinadların Qarabağa aid olmadığını iddia edib: “Ermənistan Konstitusiya Məhkəməsi 2024-cü il sentyabrın 26-da verdiyi qərarla qeyd etdi ki, Konstitusiyada istinad edilən bəyannamə müddəaları yalnız əsas qanunda təsbit edilmiş maddələrə aiddir”. Onun sözlərinə görə, 1995-ci il Konstitusiya referendumunda, eləcə də sonrakı seçkilərdə Qarabağın iştirak etməməsi Ermənistanın bu əraziləri öz tərkib hissəsi kimi nəzərdən keçirmədiyinə sübutdur. Lakin eyni zamanda, Baş nazir Azərbaycan Konstitusiyasını tənqid edərək, onun guya hazırda Ermənistan ərazisinə daxil olan torpaqlara istinad etdiyinə dair ittihamlar irəli sürüb.
Bununla yanaşı, Nikol Paşinyan iddia edib ki, Ermənistan sülh müqaviləsinin razılaşdırılmamış maddələri üzrə təkliflərini bir ay öncə təqdim edib, lakin Azərbaycan guya onları nəzərə almayıb. Əslində isə bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan bir manipulyasiyadır. Çünki Azərbaycan təkcə danışıqlarda iştirak etmir, həm də konkret addımlar atmağa hazır olduğunu nümayiş etdirir. Brüssel, Vaşinqton və Moskva da daxil olmaqla, dövlət başçıları və nazirlər səviyyəsində görüşlər müntəzəm keçirilir. Problem rəsmi Bakının reaksiyasında deyil, Ermənistanın təqdim etdiyi təkliflərin əvvəlki razılaşmalara zidd olmasındadır. Ermənistan sülh prosesini vaxtı uzatmaq və qeyri-sabitliyi qoruyub saxlamaq üçün alət kimi istifadə edir.

Nikol Paşinyanın iddialarını şərh edən araşdırmaçı- jurnalist Asəf Quliyevin “Sherg.az”a açıqlamasına görə, hər bir konfliktin nəzəri baxımdan 4 mərhələsi olur. Ekspert hazırda Azərbaycan və Ermənistan arasında olan konfliktin dördüncü mərhələdə olduğunu qeyd edib: “Bu mərhələyə şərti olaraq sülhdən doğan konflikt mərhələsi” də deyirlər. Bu gün Azərbaycan və Ermənistan arasında sülhdən doğan konflikt mərhələsi yaşanır.
Tərəflər ikisi də sülh istəyir, bu, birmənalıdır. Lakin hər bir tərəfin sülhə öz baxışı var. Azərbaycanın 30 il haqlı tələblərinə məhəl qoyulmayıb. İndi isə Azərbaycan bu tələbləri artıq sərt şəkildə qoyur. 30 il Azərbaycanın haqlı tələblərinə məhəl qoymayan həm Ermənistan, həm də beynəlxalq güc mərkəzləri artıq qarşılarında fərqli bir Azərbaycan görürlər. Və bunu həzm etmək elə də asan deyil.
Azərbaycanın tələblərinin Ermənistan cəmiyyətində də asanlıqla qəbul ediləcəyini gözləmək olmaz. Paşinyan başa düşür ki, Azərbaycanın tələblərinə dərhal müsbət cavab versə, bu, onun üçün yaxşı olmaya bilər. Buna görə də imkan dairəsində manipulyasiya edir. Məsələyə məhz belə yanaşmaq lazımdır.
Paşinyan tək öz elektoratı, yəni Ermənistan cəmiyyəti qarşısında manipulyasiya ilə məşğul deyil. Paşinyan eyni zamanda həm Putin, həm Makron qarşısında da manipulyasiya edir. Buna məcburdur”.
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya