ABŞ hərəkətlənir, ancaq qatar çoxdan gedib
Turan
08:49 19.12.2020
Qarabağ
879
Vaşinqton Qarabağ prosesinə təsir edə bilər, ancaq əhəmiyyətli rol oynaya bilməz
"25 il ərzində Rusiya sülhməramlılarla bağlı konkret təkliflər irəli sürürdü. Deyirdilər ki, ancaq rus sülhməramlıları Qarabağda olmalıdır. Niyə ABŞ bir dəfə olsun, buna qarşı çıxmırdı"
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar “Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda çıxışı zamanı Vaşinqton-Bakı münasibətlərindən danışıb. Sabiq səfir bildirib ki, Azərbaycan-Ermənistan qarşıdurması yeni prezident Co Baydeni narahat edən məsələlər arasındadır.
Morninqstar ümid edir ki, Bayden administrasiyası Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionunda daha fəal olacaq. Diplomat Ağ Evin Qarabağdakı proseslərə baxışının tarixi xronologiyasını açıqlayıb və xətalara yol verildiyini etiraf edib. Bildirib ki, Obama administrasiyası ilkin mərhələdə məsələyə diqqət göstərirdi. Sonralar Dağlıq Qarabağ məsələsinə diqqət azalıb. Müzakirələr dövlət katibinin müavini və ya onun köməkçisi səviyyəsində aparılıb. Eks səfir bu cür yanaşmanın böyük səhv olduğunu söyləyib: “Tramp administrasiyası isə tamamilə prosesdən kənarda dayandı. Ümid edirəm, yeni administrasiya konstruktiv şəkildə proseslərlə maraqlanacaq”. Morninqstar əlavə edib ki, ABŞ regionda daha aktiv rol oynamalı və Azərbaycana özünün balanslı siyasətini saxlamaq üçün kömək etməlidir.
Keçmiş elçi bölgədə Rusiya faktoruna da diqqət yönəldib və həmsədrlərin gələcək fəaliyyətindən danışıb. Əlavə edib ki, hazırda Ermənistanda Azərbaycanla hər hansı kompromis üçün təşviqin olduğuna inanmır və bu, Rusiyanın Dağlıq Qarabağı qorumağa davam etdiyi müddətcə belə olacaq: “Hər halda pozitiv olaq və ümid edək ki, ATƏT-in Minsk qrupu bu məsələnin həllində rol oynayacaq və regionda dayanıqlı sülh əldə olunacaq. Amma Rusiya Dağlıq Qarabağda olduğu müddətcə, Minsk qrupunun hansısa rol oynamaq planının olması mümkün görünmür”.
Amerikalı diplomatın fikirlərini “Şərq”ə şərh edən politoloq İlqar Vəlizadə isə artıq qatarın getdiyini bildirib. Siyasi şərhçiyə görə, ABŞ Cənubi Qafqazla bağlı proseslərdə həddindən çox gecikib:
“Hazırda üçtərəfli sazişin ardıcıl icra olunması prosesi gedir və proses birmənalı şəkildə Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir. Belə şəraitdə Amerika, yaxud Avropa Birliyi məsələnin siyasi həllində necə, hansı rolu oynaya bilər? Başa düşürəm, arzular fərqlidir, amma reallıq tamam başqadır. Yeni oyunçular 10 noyabr Bəyannaməsindən kənar addım ata bilməzlər. Düzdür, Amerika fövqəldövlətdir və prosesə dolayı yollarla müəyyən təsirləri mümkündür. Amma sadəcə təsir göstərə bilər, əhəmiyyətli rol oynaya bilməz.
Vaşinqton Minsk qrupu çərçivəsində nəsə etməyi düşünürsə, bilməlidir ki, həmsədrlik institutunun məqsədi, planı bəlli deyil. Vasitəçilər nə işlə məşğul olacaqlarını heç özləri də bilmirlər. 30 il ərzində diplomatik müstəvidə müşahidə etdiyimiz aktivlik problemin həllinə zərrə qədər töhfə vermədi. ABŞ Konqresində lehimizə qəbul edilmiş bir neçə qətnamə sadəcə arxiv araşdırmaçıları, tədqiqatçılar üçün lazımlı ola bilər. Reallıq quru söz-söhbət əsasında deyil, əməli addımlar hesabına formalaşır”.
İ.Vəlizadə vurğulayıb ki, əgər ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə səmimidirsə, “907-ci” düzəlişi ləğv etsin:
“Amerika öz qərarı ilə özünü məhdudlaşdırır, sonra nəsə etmək niyyətində olduğunu bəyan edir. 25 il ərzində Rusiya sülhməramlılarla bağlı konkret təkliflər irəli sürürdü. Deyirdilər ki, ancaq rus sülhməramlıları Qarabağda olmalıdır.
Niyə ABŞ bir dəfə olsun, buna qarşı çıxmırdı, demirdi ki, əksinə, amerikalı sülhməramlılar bölgəyə gəlməlidir və s. Rusiya Dağlıq Qarabağda öz qoşunlarını yerləşdirəndən sonra ayılıblar ki, regionda təhlükə var.
Nə qədər ki, real siyasəti müşahidə etmirik, şikayətlərin hamısı mənasızdır. Necə olur ki, Amerika Suriyada, İraqda müəyyən qüvvələrə konkret hərbi-siyasi dəstək verir, amma Cənubi Qafqaza gəldikdə ancaq iqtisadi əməkdaşlıqdan dəm vurur.
Biz ABŞ-ın qondarma rejimə dəfələrlə milyon dollarla yardım göndərdiyini unutmamışıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm