Akar haqlıdır ! – “Şərtə əməl olunmasa, işimizi sona çatdıracağıq”
Banuçiçək Kalbalıyeva
14:22 15.12.2020
Qarabağ
1099
“Sülhməramlıların hazırkı davranışı bizi narahat edir, qəlbimizə şübhə toxumu səpir”
“Odur ki, Hulusi Akarın açıqlaması yerinə düşdü. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə üzərinə götürdüyü öhdəliyə sadiqdir”
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Qarabağdakı vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin iclasında çıxış edib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki təhlükəsizlik məsələsinə də toxunub: "Artıq Azərbaycanın işğaldan azad olunan ərazilərinin güvənliyi üçün cavabdehlik öhdəliyi götürmüşük”.
H.Akar, həmçinin bildirib ki, müqavilə pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik. Əgər Ermənistan hakimiyyətinin ağlı başındadırsa, bu açıqlamadan dərs götürəcək və özünü yığışdıracaq. Əks halda bir də baxacaqlar ki, sürünərək çıxdıqları təpəcikdən üzü aşağı yuvarlanırlar…
Millət vəkili Razi Nurullayev məsələ haqqında “Sherg.az”a danışarkən geniş miqyaslı hərbi əməliyyatlar ehtimalını istisna edib:
“Bunun üçün Azərbaycanın lazımi imkanları var, düşmənin isə yoxdur. Belə çıxır ki, savaşı Rusiya ilə aparmalıyıq. Bunu nə biz istəyirik, nə də şimal qonşumuz. Amma, əlbəttə, müqavilədən kənara çıxmalar olarsa, Azərbaycan bununla barışmaz və orada yaşayan erməniləri özünə tabe edər. Həmçinin regiondakı erməni separatçıları bu və ya digər formada zərərsizləşdirilməlidirlər. Bu isə müharibə yox, anti-terror əməliyyatı deməkdir”.
R.Nurullayev, həmçinin işğalçının son təxribatına dair də fikirlərini bildirib:
“Ermənilər Rusiyaya, Fransaya və ayrı-ayrı ölkələrdəki diasporlarına güvənirlər. Lakin indiki məqamda onlara kömək edə biləcək yeganə qüvvə Kremldir. Digərləri çox uzaqdadır. Yəni Ermənistan rəsmi Moksvanın və Qarabağdakı sülhməramlıların “kölgəsində gizlənərək” bizə “daş atır”. Əgər Rusiya “əlini çəksə”, Ermənistan heç bir halda belə davrana bilməz. Çünki bütün qonşuları ilə münasibətlərini korlayıb. Hətta Rusiyaya “təpik atır”, başının üstündən iş görürdü. “Burunları əziləndən” sonra ağlı başına gəldi və yenidən şimal qonşumuzun ayağından yapışdı. Onlar həmişə-bütün tarix boyu belə olublar: “burunları əzilən” kimi özlərinə yiyə axtarıblar”.
Parlamentari Türkiyənin milli müdafiə nazirinin açıqlamasının çox mühüm əhəmiyyət daşıdığı qənaətindədir:
“Əlbəttə, sülhməramlıların hazırkı davranışı bizi narahat edir, qəlbimizə şübhə toxumu səpir. Odur ki, Hulusi Akarın açıqlaması yerinə düşdü. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə üzərinə götürdüyü öhdəliyə sadiqdir. Fəqət kimsə cığallıq edərsə, şərtlərə qarşı çıxarsa, başlatdığımız işi sona çatdıracağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm