Azad edilmiş ərazilərimizdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır - FOTO - VİDEO
08:14 27.12.2020
Qarabağ
607
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyindən Sherg.az-a verilən məlumata görə, hərbi qulluqçulara daim diqqət və qayğı göstərən Ali Baş Komandanın tapşırığına əsasən 30 ilə yaxın müddət ərzində işğal altında olarkən viran qoyulmuş, infrastrukturu tam dağıdılmış və düşmən tərəfindən minalanmış ərazilərdə xidmət edən Azərbaycan Ordusunun şəxsi heyətinin yerləşdirilməsi, qidalanması və məişət xidmətləri ilə təmin edilməsi məqsədilə ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmiş və səhra şəraiti üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı modul tipli komplekslər alınır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti azad edilmiş ərazilərimizdə yerləşən bölmələr üçün alınmış səyyar obyektlərə baxış keçirib.
Məruzə edilib ki, azad edilmiş yaşayış məntəqələrimizdə, dağlıq ərazilərdə, çətin keçilən yüksəkliklərdə, sərt iqlim şəraitində xidmət edən şəxsi heyət üçün müxtəlif ölçülü konteyner və çadırlarda yataqxanalar, yeməkxanalar, ayrıca mətbəx və qabyuma otaqları, eləcə də silah otaqları, kiçik həcmli birləşdirilmiş hamam-sanitar qovşağından ibarət mobil komplekslər quraşdırılacaq.
Məlumat verilib ki, yeni alınan səyyar avadanlıqlar sayəsində şəxsi heyət daim isti yemək və məişət xidmətləri ilə təmin ediləcəkdir.
Bildirilib ki, şəxsi heyəti kompakt yerləşdirilən hərbi hissələr üçün isə daha böyük imkanlara malik, səyyar, modul tipli komplekslərin quraşdırılması həyata keçirilir, hamam-camaşırxana xidmətləri təşkil olunur. Azad edilmiş ərazilərimizdə yerləşən hərbi hissələrə, mövqe və postlara yeni yolların çəkilməsi, elektrik, su və qaz xətlərinin quraşdırılması, eləcə də döyüş növbətçiliyinin, qoşun xidmətinin təşkili ilə bağlı görülən müvafiq tədbirlər də planlı şəkildə davam edir.
Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə stasionar tibb məntəqələri inşa edilənədək bir neçə istiqamətdə mobil səhra hospitalları fəaliyyət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm