AzMİU müəllimləri və tələbələri Qarabağ İqtisadi Rayonunda tikinti-quruculuq işlərinə cəlb olunacaqlar
Yusif Nəzərli
12:44 02.02.2023
Qarabağ
814
Fevralın 2-də Ağdam Konfrans Mərkəzində “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, Memorandumu AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin icraçı direktoru Övsət Həmidov imzalayıblar.
Memorandumda AzMİU müəllimlərinin və tələbələrinin, universitetin Layihə İnstitutunun əməkdaşlarının Qarabağ iqtisadi rayonunun ərazisində böyükhəcmli tikinti-quruculuq layihələrinə cəlb olunması, AzMİU məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi və digər məsələlər əks olunub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əməkdaşlığın hər iki qurum və ümumilikdə ölkəmiz üçün əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, işğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri “Böyük Qayıdış”a inamı daha da artırıb. Rektor vurğulayıb ki, bəzi ölkələrin məsələyə ikili yanaşma sərgiləməsinə rəğmən Prezident İlham Əliyevin siyasi iradəsi və yüksək idarəetmə bacarığı ilə azad olunmuş ərazilərimiz sürətlə bərpa edilir.
“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin icraçı direktoru Övsət Həmidov hazırda icra edilən və nəzərdə tutulan layihələr haqqında danışaraq AzMİU ilə əməkdaşlığın önəminə toxunub. Xidmət rəhbəri qeyd edib ki, ölkənin memarlıq və tikinti sahəsi üzrə əsas ali təhsil müəssisəsi ilə əməkdaşlıq azad olunan ərazilərdə işlərin daha da sürətlə həyata keçirilməsinə imkan verəcək.
Daha sonra iki qurumun nümayəndə heyətinin də iştirakı ilə müzakirə təşkil olunub, memorandumda əks olunan istiqamətlər üzrə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol