Və məlum oldu ki, dünya dövlətləri və ictimaiyyətinin rəyi yekdildir; Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab edilir. Bu “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyildir.
“Dünya dövlətləri Azərbaycanın haqq işini dəstəkləyir”
Məlahət Rzayeva
11:50 07.04.2020
Qarabağ
742
“Separatçıların "seçki" oyununa dünya ictimaiyyəti özünün mənfi münasibətini dəfələrlə bildirib”
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni separatçılarının keçirdiyi qondarma seçkilər beynəlxalq ictimaiyyət və əksər dünya dövlətləri tərəfindən birmənalı şəkildə rədd edildi. Bununla da dünya dövlətləri ölkəmizin suverenliyi və ərazi bütövlüyünə növbəti dəfə dəstək ifadə etmiş oldular. Şübhəsiz ki, bu diplomatik uğur Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü və düzgün seçilmiş xarici siyasətin məntiqi nəticəsidir. Əvvəlki illərdən fərqli olaraq müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatların sayı daha da artdı. Ölkələr və beynəlxalq təşkilatlar mövqelərini açıq bəyan etdilər.
Və məlum oldu ki, dünya dövlətləri və ictimaiyyətinin rəyi yekdildir; Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” tanınmır və qeyri-qanuni hesab edilir. Bu “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyildir.
Qeyd edək ki, bəyanatlarda münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə dəstək ifadə olunurdu. “Seçkilər”ə münasibətini aşıq ortaya qoyan dünya dövlətləri bir daha rəsmi Yerevana “qırmızı kart” göstərərək işğalın və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını göndərmiş oldular. Bununla dünya həm də bir daha göstərdi ki, Qarabağ Azərbaycandır.
Ermənistan ciddi şəkildə sülh danışıqlarında iştirak etməli və öz qoşunlarını Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarmalıdır. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütovlüyünün tam şəkildə bərpası ilə həll oluna bilər.
Dünya dövlətlərinin Azərbaycanın haqq işinə bu şəkildə dəstək vermələri ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu qeyd etdi ki, erməni separatçılarının Azərbaycanın işğal olunmuş ərazisində "seçki" oyununa dünya ictimaiyyəti özünün mənfi münasibətini dəfələrlə bildirib. İndi də bildirdi. Ermənilərin danışıqlar prosesini hər dəfə bir “bəhanə” ilə pozmaq cəhdinin bir adı var – həyasızlıq:
- Biz Qarabağ qaziləri də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu "seçkiyə" etirazımızı bildirmişik. Ermənistan və havadarları Qarabağda Azərbaycanın bir hissəsini işğal edib. İnsanları kütləvi şəkildə qırıb, soyqırımı törədib. Yüzlərlə azərbaycanlı girov götürülüb. 1994-cü ildən müvəqqəti atəşkəs elan edilib. ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar gedir. Azərbaycanın yürütdüyü xarici siyasət dünya dövlətlərinin həqiqəti görməsinə və Azərbaycanın haqq işini dəstəkləməsinə səbəb olub. Dünya da görür ki, bütün bu dövr ərzində Azərbaycan münaqişənin sülh yoluyla həllinə çalışdıqca, Ermənistan danışıqlar prosesini bilərəkdən uzadır, bununla da problemin müharibəsiz həllini mümkünsüz edir. Ermənilərin danışıqlar adı altında etdiyi bütün hərəkətinin bir adı var - həyasızlıq! Biz Qarabağ qaziləri Ermənilərin torpaqlarımızı işğalına, işğal davam etdikcə Azərbaycan torpaqlarında etdikləri qanunsuzluğa etiraz edirik! Azərbaycan hakimiyyətini Minsk Qrupu çərçivəsində danışıqları dayandırmağa və dərhal hərbi yolla ərazilərimizin terror qruplaşmalarından təmizləməyə başlamağa çağırırıq. Erməniylə danışmağın bir yolu var, o da müharibədir!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət