Ermənilərin hədəf aldığı Ağdam rayon sakininin vəziyyəti ağırdır - FOTO
11:49 27.09.2020
Qarabağ
623
Düşmənin hərbi təxribatı nəticəsində Ağdam rayonunun Mirəşelli kənd sakini 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Yaralının anası Sahibə xanım AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, oğlu ilə birgə kənd yolunda gedərkən düşmənin hədəfinə tuş gəliblər: “Mərmi 10 metr yanımıza düşdü. Toz-dumandan bir-birimizi görmədik. Sonra gördüm ki, oğlum qolundan və qarnından yaralanıb. O anda nə edəcəyimi bilmədim. Qonşuların köməyi ilə oğlum təcili Ağdam rayon xəstəxanasına çatdırıldı. İndi həkimlərin nəzarətindədir”.
Xəstəxanadan verilən məlunmata görə, Eşqin Allahyarov qarın boşluğundan keçən və qolundan aldığı qəlpə yaraları ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyata götürülüb, qəlpələr çıxarılıb, hazırda vəziyyəti ağırdır.
Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov, 1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə