Ermənilərin məscidlərimizə qarşı vandal münasibəti müsəlman aləminə edilən təhqir deyilmi? - İlahiyyatçı
10:25 20.09.2020
Qarabağ
1610
“Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilib. Azərbaycan həmişə müsəlman ölkələrinə kömək göstərib, beynəlxalq təşkilatlarda onların maraqlarını müdafiə edib, İslam həmrəyliyinə böyük yer ayırıb”.
Bu sözləri “Sherg.az”a açıqlamasında ilahiyyatçı Atif İsmayılov deyib. O vurğulayıb ki, müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib:
“Ermənistanın işğal olunmuş ərazilərdə İslam mədəni irsinə təhqiramiz münasibəti fonunda bəzi ölkələrin rəsmi Yerevana isti münasibətinin anlaşılmazdır və təəssüf doğurur. Ermənilərin işğal olunmuş ərazilərimizdəki məscidlərimizə qarşı vandal münasibəti müsəlman aləminə edilən təhqir deyilmi? Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirməlidir. İşğal altında olan məscidlərimizə onlar hər zaman hörmətsiz yanaşıblar. Erməni qüvvələri Azərbaycanın torpaqlarının işğalından savayı, bu cür hörmətsizlikləri dünya qarşısında da tənqid olunmalıdır. Biz onlarla heç zaman heç bir sahədə barışa bilmirik. Bu məsələnin daim gündəmə gəlməsi, ümumdünya miqyasına qaldırmaq hər birimizin şəxsi borcumuzdur. Biz ümid edirik ki, inşallah bir gün gələcək torpaqlarımız azad olunduqdan sonra biz də həmin məscidləri bərpa edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual