“İran Ermənistan-Rusiya tandemində yer alır” – Düşməni silahlandırır !
Turan
08:36 07.09.2020
Qarabağ
1794
“İran Rusiyadan göndərilən hərbi yüklərin Ermənistana hava yolu ilə daşınmasını reallaşdırmaqla regionda işğalın davamlı olmasına şərait yaradır”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, İran hərbi yüklərin daşınmasında bilavasitə iştirak edir:
“Rusiya yüngül silahları hava nəqliyyatı, ağır hərbi nəqliyyat və zirehli texnikaları Xəzər dənizi və İran ərazisindən daşıyır. Rusiyanın Ermənistana İl 76 hərbi nəqliyyat təyyarəsi ilə göndərdiyi silah -sursatın daşınması davam edir. Xəzər dənizi vasitəsilə İrana oradan da Ermənistana zirehli texnika və hərbi nəqliyyat vasitələri daşıyır. Gürcüstan tərəfinin Rusiyanın ərazisindən hərbi yüklərin daşınmasına icazə vermədiyi üçün Rusiya bunu İran ərazisindən reallaşdırır. Göründüyü kimi İran birbaşa Ermənistanın silahlanmasında iştirak edir. Bu daşımaları öz nəqliyyat vasitələri ilə təmin edir. İranın Rusiya ilə birgə Azərbaycana qarşı Ermənistanı silahlandırması, Tovuz hadisələrindən sonra daha da intensivləşib. Burada Türkiyənin Azərbaycanla birgə hərbi təlimləri və regionda artan siyasi-hərbi üstünlüyü Tehranı da Azərbaycan əleyhinə yer almağa sövq edib. İran bilməlidir ki, regionda Türkiyənin fəaliyyəti Azərbaycana qarşı bu kimi təxribatların önünü kəsmək, xüsusilə Ermənistanın Rusiyanın təhriki ilə baş verə biləcək qarşıdurmada müdafiə etməkdir. İran bunları bilərək, özünün regional təhlükəsizliyinə heç bir təhdid olmasına baxmayaraq Azərbaycan əleyhinə Ermənistan-Rusiya tandemində yer alır”.
Analitikin sözlərinə görə, İranın bu siyasəti birbaşa Azərbaycana qarşı düşmənlikdir və dostluq, qonşuluq prinsiplərinin tapdanmasıdır:
“Azərbaycan dəfələrlə qeyd edib ki, İrana qarşı ölkə ərazisindən istifadəyə icazə verməyəcək. Rəsmi Bakı İrana qarşı iqtisadi, siyasi və kəşfiyyat layihələrində yer almayacağını İran rəsmilərinin diqqətinə çatdırıb. Amma İran Azərbaycana qarşı öz ərazisindən hərbi təcavüzün davam etməsinə icazə verir və birbaşa öz nəqliyyat vasitələri ilə silahların daşınmasını həyata keçirir. Rusiya Azərbaycan və Türkiyənin Qarabağla bağlı siyasətindən narahatdır və ona görə də Ermənistanı durmadan silahlandırır. İran da burada yer alır.
Güney Azərbaycana müraciət edirəm, niyə susursunuz, niyə öz etirazınızı Tehran hakimiyyətinə bildirmirsiz? Stadionda “Azərbaycan” deyə qışqırmaqla iş bitmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual