Kəlbəcərdəki dünya, yaxud Kəlbəcər dünyası (I YAZI)
09:04 08.09.2022
Qarabağ
825
Elşad EYVAZLI
!!! Kəlbəcərə gedirsən !!!
Qəribədi, elə ki, Toğanalı kəndini keçdin, Murov dağına doğru istiqamət aldın, Kəlbəcəri hiss etməyə başlayırsan, böyür-başından keçən meh, sifətini yalayan külək Kəlbəcərin qoxusunı gətirir sənə... Bir az da irəliləyirsən, o meh, o külək sənə bu dəfə Kəlbəcərin səsini çatdırır.
!!! Kəlbəcərə gedirsən !!!
Həyəcandan az qala, ürəyin ağzından çıxır, dizin titrəyir...
Təzada bax, bu ürək döyüntüləri içində ovqatın təzələnir, ruhun sevinir, nəfəsin genişlənir, içində Kəlbəcərlə danışmağa başlayırsan.
Bu nə sehirdi?
Bilmirsən...
!!! Kəlbəcərə gedirsən !!!
Bildiyin odur ki, Kəlbəcər yalnız dağ, daş, meşə, çay, bulaq, torpaq, Ata Yurdun, böyüdüyün, uşaqlıq illərinin keçdiyi məkan deyil, canlı bir VARLIQDI. O sənin içindədi, sən onun içindəsən.
Onunla görüşə gedirsən; həyəcanlı, sevincli, hövlank... Onunla danışacaqsan, onu dinləyəcəksən, onu qucaqlayacaqsan, o səni qucaqlayacaq...
Bu qarışıq hislər içində dəqiq anladığın tək odur ki, xoşbəxtsən, bəxtəvərsən, sənin üçün dünyada əvəzsiz bir varlıqla görüşəcəksən...
Hikmətə bax, Allah, Allah!
Kəlbəcər sevgi ünvanıdı. Min dəfə ard-arda onun görüşünə getsən, doymazsan. Eləcə, getmək istəyirsən, çünki Kəlbəcəri sevirsən.
Kəlbəcər sevgisinin yuxusundan ilk Ömər aşırımında ayılırsan...
Bütün dünya ayağının altındadır. Sanki bütün dünya Kəlbəcərdi, bütün dünya Kəlbəcərdədi...
Səndən aşağıda külək bulud topalarını ora-bura qovur, sənə yol açmaq istəyir, di gəl ki, buludlar əl çəkmir...
Bir anda buludlar yox olur, sonra yenə gəlir, külək yenə qovur... Bir anda hava gah qaralır, gah açılır...
Bir az aşağıda, göydə süzən qartallar qıy çəkir...
Kəlbəcər buludlar ayağının altında qaldığı yerdən başlayır...
!!! Kəlbəcərə gedirsən !!!
(yazının davamı var)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol