Lavrov Bakıdan əliboş döndü:“Nə Xocalı aeroportu reallaşacaq, nə KTMT, nə də...”
Turan
10:39 12.05.2021
Qarabağ
1103
"Lavrovun hansı missiya ilə gələcəyi və təkliflər paketində hansı məsələlərin olduğu bəlli idi".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Lavrovun Ermənistanla konkretleşdirildiyi planı Kremldə müzakirə etdikdən sonra Bakı səfərindən əliboş döndüyünü qeyd etmək olar:
"Moskvanın əsas planında ermənilərin Qarabağda "statusu", Xocalı aeroportunun açılması və Azərbaycanın KTMT, Avrasiya İttifaqına qoşulması yer alır. Lavrovun Bakı danışıqlarında Azərbaycanın mövqeyi diqqətə çatdırıldı və demək olar ki, heç bir razılaşma əldə olunmadı. Azərbaycanın Türkiyə ilə siyasi koordinasiyalı fəaliyyəti nəticəsində Rusiya Azərbaycana təzyiq etmək siyasətinə getmir. Sadəcə əməkdaşlığın elə bir növünü təklif edir ki, rəsmi Bakı Moskvadan asılı olsun. Bakı üçün strateji olaraq Moskva ilə əməkdaşlıq labüddür. Amma bu Ankara və Bakı birgə kordinasiyalı fəaliyyəti nəticəsində reallaşacaq".
Siyasi şərhçi vurğulayıb ki, bu danışıqlarda "İsgəndər-M" raketi, minalanmış ərazilərin xəritəsi, sülhməramlı qüvvələrin məsuliyyət zonasında separatçıların fəaliyyəti, qanunsuz silahlı erməni birləşmələrinin çıxarılması danışıqlar predmeti olub:
"Azərbaycan Qarabağla bağlı siyasi müstəvidə ciddi irəliləyişlər əldə edib. Qarabağda separatçıların tərksilah edilməsi reallaşacaq. Silahlı erməni terrorçu birləşmələrinin ləğvi məsələsində Moskva maraqlı deyil. Amma, Rusiyanin əlavə variantı yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm