Makrondan destruktiv mövqe ! - “O, Fransanın maraqlarına zərbə vurur”
14:12 28.12.2020
Qarabağ
866
“Fransa prezidenti erməni lobbisi və diasporunun təsiri altındadır”
“O anlamalıdır ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan işğalçını cəzalandırıb və yeni reallıqlar yaradıb”
“Fransa isə hələ də məğlub, təcavüzkar Ermənistanın mövqeyini müdafiə etməyə çalışır”
“Fransa prezidenti Emmanuel Makronun erməni icmasının nümayəndələri ilə görüşü zamanı ifadə etdiyi fikirlər onun ermənipərəst, islamafob mövqeyinin növbəti etirafı və ifşasıdır. Ümumiyyətlə, biz bu zamana qədər, xüsusilə də 44 günlük müharibə dövründə Fransanın ermənipərəst mövqeyini müşahidə etmişik. Bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri mandatını daşımasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar qərəzli, birtərəfli yanaşma ortaya qoyub”.
Bu sözləri politoloq Nurlan Qələndərli “Şərq”ə açıqlamasında deyib.
O qeyd edib ki, Fransanın bu mövqeyi status-kvonun qorunub saxlanması, Ermənistanın işğalçı siyasətinin davam etməsi və separatizmin hökm sürməsi kimi dağıdıcı məqsədlərə xidmət edib:
“Təbii ki, bu, qəbuledilməz və yolverilməzdir. Elə Makronun erməni icmasının nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər də Fransanın ATƏT-in Minsk qrupu həmsədr ölkəsi olaraq bu zamana qədər hansı funksiyanı yerinə yetirdiyini göstərir. Daha dəqiq desək, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasını yerinə yetirərkən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində fəallıq nümayiş etdirməli idi. Amma biz bunun tamamilə əksini müşahidə etdik. Fransanın tərəf kimi çıxış etdiyini, ermənipərəst mövqe nümayiş etdirdiyini və vasitəçilik missiyasını “təcavüzkar Ermənistanın mövqeyini müdafiə etmək” kimi anladığını gördük”.
N.Qələndərlinin qənaətincə, eyni zamanda, son faktlar onu göstərir ki, E. Makron erməni lobbisi və diasporunun təsiri altındadır:
“Azərbaycan döyüş meydanında öz sözünü deyərək Dağlıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olub. Ermənistanı diz çökdürərək kapitulyasiya aktını imzalamağa məcbur edib. Fransa isə hələ də məğlub, təcavüzkar Ermənistanın mövqeyini müdafiə etməyə çalışır. Dolayısı ilə Makronun mövqeyi Fransanın milli maraqlarına zərbədir. Yəni bu, tamamilə yanlış siyasətdir. Fransanın rasional dövlət ağlı varsa, reallığı qəbul və dərk etməlidir. Anlamalıdır ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan işğalçını cəzalandırıb və yeni reallıqlar yaradıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm