Nazir müavini: “Azərbaycanlıların Ermənistandan qovulmasının bütün izləri sistemli şəkildə məhv edilib”
Yusif Nəzərli
10:49 31.01.2023
Qarabağ
840
“Azərbaycanlıların Ermənistandan və Azərbaycanın bir zamanlar işğal olunmuş ərazilərindən qovulmasının bütün izləri sistemli şəkildə məhv edilib”.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.
“Ermənistan vahid, monoetnik erməni dövləti yaratmaq məqsədilə Azərbaycan ərazilərinin əhəmiyyətli bir hissəsinə soxulmuş və işğal etmişdi. Bu halda azərbaycanlıların Ermənistandan və Azərbaycanın bir zamanlar işğal altında olmuş ərazilərindən qovulmasının bütün izləri sistemli şəkildə məhv edilib. Bunun isə bir səbəbi var: bu insanlar azərbaycanlılar idilər və bu tikililər, bu mədəniyyət obyektləri, bu torpaq azərbaycanlılara məxsus idi. Buna görə də onların Ermənistanın yanında mövcudluğu Ermənistan hökumət rəsmilərinin özlərinin təbirincə desək, “qeyri-mümkün, bir araya sığmayan, özü-özlüyündə faciə idi”, - o vurğulayıb.
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr başlayıb.
Bu, Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının qəsdən pozulmasına cavab olaraq "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya çərçivəsində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan tərəfinin qaldırdığı ikinci iddiadır.
Dinləmələr Haaqadakı Sülh Sarayında keçirilir. Prosesə hakim Coan Donohyu sədrlik edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol