Paşinyanın hakimiyyətdə qalmaq üçün yeganə çıxış yolu müharibədir
Turan
07:50 20.09.2020
Qarabağ
917
"Cənab Prezident xalqın istəyini çox gözəl dilə gətirdi".
Bunu “Sherg.az”a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
QHT rəhbəri bildirib ki, Azərbaycan Ordusu Günnüt əməliyyatı ilə Ermənistan Ordusunun nə vəziyyətdə olduğunu çılpaqlığı ilə göstərdi:
"Bu qorxaqlar qorxularından Azərbaycan Ordusuna cavab da verə bilməyiblər. Əməliyyat haqqında səslərini də çıxarmayıblar. Bu sarsıdıcı zərbəni Paşinyan hakimiyyətə gəldiyi ilk ayda alıb. Daxildə Paşinyandan hesab sorurlar. Paşinyan öz reputasiyanı bərpa etmək üçün müharibə etmək niyyətindədir. Hakimiyyətdə qalmaq üçün bu yol yeganə çıxış yoludur. Paşinyan iyuldakı növbəti məğlubiyyəti qələbə kimi qələmə vermək istəyir. Əgər iyul döyüşləri qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi? Öz ordusuna güvənməyən Paşinyan çıxış yolunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görür".
C.Hüseynzadə vurğulayıb ki, Ermənistan müharibəyə hazırlaşması ilə bağlı ciddi faktlar müşahidə olunur:
"Paşinyan təmas xəttinə yaxın qüvvələrin cəmləşməsini həyata keçirir. Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq. Bu vaxta kimi Azərbaycan sərhəd bölgəsində irəliləmək üçün imkanı olduğu halda Beynəlxalq Hüquqa hörmətlə yanaşıb və Sülh danışıqlarını qoruyub. Ermənistan beynəlxalq qaydalara hörmətsizlik edirsə, biz niyə bu qaydalara riayət etməliyik?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual