Paşinyanın xahişləri heç nəyi dəyişməyəcək
Yusif Nəzərli
07:50 26.03.2022
Qarabağ
767
"Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti V.Putinin telefon danışığı olub".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik bildirib ki, erməni baş nazir Putindən Qarabağda mövqeləri və dislokasiya məntəqələrini dəqiqləşdirərkən, irəliləyən Azərbaycan Ordusunun əvvəlki mövqelərə qaytarılması üçün kömək istəyib:
"Paşinyan xahiş edib ki, sülhməramlılar baş verənləri araşdırsın. Tərəflər bu istiqamətdə səy göstərməklə bağlı razılaşıblar. Nikolun xahişləri isə bəzi məqamların ən yüksək səviyyədə etirafıdır. Bölgədə vəziyyət artıq əvvəlki kimi deyil və sülhməramlılar proseslərə müdaxilə edə bilmir, yaxud etmir. Azərbaycan Ordusu mövqelərin dəqiqləşdirilməsi üzrə irəliləyir. Paşinyanın zənginin nəyisə dəyişdirəcəyi ehtimalı da azdır. Azərbaycan Ordusu suveren ərazilərimizdə hərəkət edir.
Böyük ehtimalla Rusiyanın aktiv müdaxiləsi olmayacaq. Proseslər Azərbaycan və Rusiya arasında imzalanan son bəyannamədən sonra Qarabağda da vəziyyətin dəyişdiyini deməyə əsas verir. Baş verənlərin 10 noyabr razılaşmasının 4-cü bəndinin – qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə nəticələnəcəyi gözləntisini artırır.
Bakının bu məsələdə israrı artıq praktiki mərhələyə keçib. Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı razılaşmalarda ciddi irəliləyişin olması Rusiya üçün də lazımlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya