Qarabağdakı proseslər diqqət mərkəzindədir
Yusif Nəzərli
06:24 16.02.2023
Qarabağ
627
Mümkündür ki, prezidentlər Bakı-İrəvan məktublaşmasının mətnini müzakirə edib
Prezident İlham Əliyev fevralın 14-də Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı iqtisadi-ticari əməkdaşlığın, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri geniş müzakirə olunub. Cənubi Qafqaz regionunda cari vəziyyət barədə də ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Təmasların müxtəlif formatlarda davam etdiriləcəyi qeyd olunub.
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə bildirib ki, dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı V.Putinə indi zəng etməsi Bakı-İrəvan və Bakı-Moskva xəttindəki proseslər, o cümlədən, Qarabağda baş verənlərdən qaynaqlanır. Analitik vurğulayıb ki, zəngdən öncə dövlət başçısı İlham Əliyev Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Bakıda qəbul etdi. Xovayevin gəlişinin iki mümkün səbəbi ola bilər:
"Bakı və İrəvan arasında sülh mətni üzrə məktublaşma davam edir və Moskva bu prosesdən məlumatlı olmaq istəyir. İstisna deyil ki, Rusiya sülh danışıqlarına dair müəyyən təkliflər də irəli sürür. Bu təkliflərin tərəflərin liderlər səviyyəsində yeni görüşünün təşkili ilə bağlı olması mümkündür. Ölkə rəhbəri İlham Əliyev həm Bakı-İrəvan məktublaşması, həm də mümkün təklifləri Putinlə müzakirə edib. Bu zəng eyni zamanda, Bakı-Moskva xəttində müşahidə olunan proseslərlə əlaqəlidir. Ruslar Qərb qüvvələrini bölgəyə gətirən Ermənistan qarşısında Azərbaycanda münasibətləri sıxlaşdırmaq niyyətindədir və baş konsulluğun açılmasını gündəmə gətirirlər".
Ekspertə görə, mümkün versiyalardandır ki, dövlət başçısı İlham Əliyev Putinlə Qarabağda baş verənləri, xüsusilə Ruben Vardanyanın Moskvaya gedişi və dönüşü məsələsini də müzakirə edib: "Rusiya Rubeni vətəndaşlıqdan çıxarmaqla məsuliyyəti üzərindən atsa da, onun Qarabağdan çıxışı və girişinə görə sülhməramlılar cavabdehdir. Bakıdan Moskvaya edilən zəngin Vardanyanın qayıdışından sonra baş verməsi Əliyevin bu məsələni gündəmə gətirdiyi ehtimalını önə çıxarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol