Rusiyada onun ölkəni gözdən salan şoularına yuxarılar, qoy qırıldatsın, deyir, aşağılarsa, üç dəfə tıqqıldadırdı. Bu dəfə isə, o, “vər gəlsün” deyəndə,əlində Azərbaycan bayrağı dalğalanan ayağa qalxmış xaıqı gördükdə az qala infarkt keçirəcəkdi. Hələ də ağlına sığışdıra bilmir ki, onun efirə gedəsi materialları içərisində belə kadrlar yox idi, bu, necə baş verdi. Bu, necə yanlışlıq idi axı?!Ona görə də, dünya görəsi, üzünü “mtrıyal” hazarlayanlara tutub rüsvayçı şəkildə donquldandı.
“Repi”lər - Üzeyirsayağı
09:36 01.10.2020
Qarabağ
1315
1. Sən demə, qızın dayısıymış
Gündoğan Azərbaycanı qubernatoru İran kanalında xəbər yayıb ki, irişdən erişə daşınan yüklər, demə “silah-sursat deyil, nəqliyyat vasitələri”ymiş.
Sayğılı qoburnat bəy unudur ki, Üzeyir bəyin yüz il (daha çox) öncə yaratdığı “O olmasın, bu olsun”da yalanın gülə-gülə yeridilməsinin bir yolu Azərbaycanda sonralar məsələ çevrilib: Sən demə o, qızın dayısıymış. Biz nə deyirik ki, elə qoburnat bəy tək gülə-gülə, bizdə iki tuzdu ged ..., lənət şeytana, əlbəttə, “qızın dayısıymış”.
2. Ay Saloş, mən ölüm yanıldım
Saxsağanzədə urusyətin intellektual etnik tərkibinin iki tip canlı xeylağlarından ibarət olduğunu göstərmək üçün onları həmişə “televizır”a çıxarır, Azərbaycanı yıxıb-sürüdür, elə televerilişdə özü də transa düşüb ağlından çox ağzına gələni danışırdı. Çətindi demək, onu transa salan “erkan”dı, ya başqa bir nəsnə, amma o aydındı ki, Azərbaycana qarşı ağızdan ayaqyolu onda qenetik səviyyədə oturuşub. Bu dəfə də, sifarışlə erixanada səfərbəyliyin ruh yüksəkliyi ilə keçdiyini göstərmək üçün hazırladığı “falşı” dünyaya sırımaq istəyi ilə “vər gəlsün” deyəndə, ağlına belə gətirmirdi ki, “alə, oldu də” eşidəcək.
Rusiyada onun ölkəni gözdən salan şoularına yuxarılar, qoy qırıldatsın, deyir, aşağılarsa, üç dəfə tıqqıldadırdı. Bu dəfə isə, o, “vər gəlsün” deyəndə,əlində Azərbaycan bayrağı dalğalanan ayağa qalxmış xaıqı gördükdə az qala infarkt keçirəcəkdi. Hələ də ağlına sığışdıra bilmir ki, onun efirə gedəsi materialları içərisində belə kadrlar yox idi, bu, necə baş verdi. Bu, necə yanlışlıq idi axı?!Ona görə də, dünya görəsi, üzünü “mtrıyal” hazarlayanlara tutub rüsvayçı şəkildə donquldandı.
Nəhayət yuxarılar da ona, axı sən kimsən ki, Rusiyada bütün erlobbi də, yerli arxaduranları da, bizi eşidib erixanaya qarşı şıppıdadırlar, sən ancaq dışarıdakı ağalarının istəyi ilə ermahnı oxuyub, erhavasına oynayırsan, dedi və ... üç dəfə tıqqıldatdı.
Kadrları hazırlayansa hələ də deyir, ay solovey, mən ölüm yanılmışam.
3. Biz qərdeşüy
Doqqazı qıfıllı, dənizi yox, çayı axmaz bir ölkədi erixana.Göydən, quşuçmazdan düşmür ki ora bu qədər nöyüt, silah, qara kürü. Düz qulağımızın dibindən axıb keçir, daşınır.
Gör nəkqədir ölkə Azərbaycana “dostuğ-qərdeşüy” deyib erixanaya pul, neft, silah-sursat, yemək-içmək göndərir. Onlardan üçü bizə “Caan” deyəndə, aşqdan az qalır adamın bağrının ağzı açılsın, içində nə varsa tökülsün yerə. Biz axı inanan və sevən xalqıq. Dördü də, lənət şeytana, üçü demişdik axı, bir də lənət, dedik keçdi, dördü də, desək ki, quruya ayaq basandan bizə qarşı bu oyunu oynayıblar, düz olmaz.
Biri dünyada “cəhri qaşığı” (vayh-vayh, gəl indi cavab ver də, öz qaşığınıza noolub ki, desələr nağayracooux), ikisi dədə-babadan bizə cələ quran, biri də belə oyunlara yeni başladığından hələ ona-buna hürdürülən aralıq tulasıdır. İkisi başlarını kola elə soxublar ki, quyruqlarından xəbərləri yoxdu: Başı kolda, quyruğu çöldə.
Yanacağı, silahı erixanaya ötürüb bizə “qərdeşüy”, “qaytarduğ” ha, deyirlər, işdə isə qanımızı içməyə hazırdırlar. Ay siz ..., bilirik ki, qaytarıb-qusduğunuz nə, ötürdüyünüz nədi. Anlamırlar ki, belə oyunları Azəbaycan yüzillik nədi, minilliklər boyu görüb.
“Cəhri qaşığı” isə (millət, “danabaş” yalan olacaq, mənim işim şuluqdu) özünü fırladan saysa da firladılandı. Kimlərdəsə bağda ərik qurtaranda, kimlərdəsə seçki vaxtı bitəndə “salam-məlik” bitir. Bəzən də, heç seçki vaxtı bitməyəndə də ... Bəlkə xorla bir “Biz qərdeşüy” deyək ki, sol qulaqlarına çırpılıb içəri düşə.
İmza: Şapalaq
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
14:35 02.11.2026
Gündəm