Şəhid ailələrini gözümüzün üstündə saxlamalıyıq
08:14 09.05.2021
Qarabağ
540
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
Sərəncama əsasən, orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Sərəncama münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq"ə açıqlamasında bildirib ki, bu addım çox təqdirəlayiqdir. O qeyd edib ki, bu onun göstəricisidir ki, ölkəmizdə şəhid və onun ailə üzvlərinə daim hörmət bəslənilir:
"Şəhidlərimiz bizim üçün nə qədər əzizdirsə, onların ailələrinə diqqət də o səviyyədə saxlanılmalıdır. Bu illər ərzində şəhid ailələri üçün yaradılan şəraitlər, onlara göstərilən qayğılar göz qabağındadır. Onlara olan diqqət və qayğı özünü hər yerdə göstərib. Təhsildə, səhiyyədə, sosial müavinətlərdə və təminatlarda şəhid ailələrinin üstünlükləri olub. Bu proses indi də davam etdirilməlidir. Çünki şəhidlərimizin xatirəsindən əziz xatirə, onlardan yüksək səviyyədə dayanan heç kim yoxdur. Şəhidlərin xatirəsinin müqəddəsliyini qorumaq üçün onların ailələrinə diqqət hər zaman öndə olmalıdır. Cənab Prezidentimiz bunu hər zaman diqqətdə saxlayır. Hesab edirəm ki, onlar hərtərəfli dövlətin qayğısı ilə əhatə olunmalı və onlara bir çox sahələrdə güzəştlər edilməlidir. Bütün bunlar daim dövlət tərəfindən diqqətdə saxlanılmalıdır. Prezident İlham Əliyevin bu sərəncamını çox müsbət dəyərləndirirəm. Bu, yüksək səviyyədə təqdir olunmalı bir qərardır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm