Şuşa döyüşlərinin qəhrəmanı: Noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb
Yusif Sultanoğlu
12:05 01.01.2021
Qarabağ
1269
Ağstafadayam, günəş qışın şaxtasına rəğmən şəfəq saçır. Sabah Bakıya yola düşəcəm. Hələ bir vəzifəm qalıb. Onu yerinə yetirmək üçün rayonun Şəhidlər xiyabanına tərəf yol alıram. Yarı payız, yarı qış havası var. Yolun kənarında sıralanan ağaclar yarpaqlarını töküb. Mənzərəni seyr edə-edə ünvana çatıram. Budur üzü Gülül dağlarına baxan Şəhidlər xiyabanı.
Bir xeyli adam var. Hiss olunur ki, şəhid ailələridir. Vətən müharibəsinin igidlərini ziyarət edib, dualar oxuyuram. Sima olaraq hamısını tanıyıram. Elnur, Mustafa, Mahmud, Elçin, Nihat... Öz-özümə danışıram, Mahmud haqqında yazmışam. Elçin qardaşım dostudur, Nihat az yaşlı şəhidimiz...
5 igid dəfn olunub bu balaca xiyabanda. Qalanları kənd qəbirstanlıqlarında, yaxud da ailələrinin istəyi ilə yaxınlarının məzarının yanındadır. Cənnətin təzə ruhları ilə salamlaşıb, yuxarı qalxıram, 1990-cı illərin döyüşçülərinə baş çəkirəm. Elə həmin dəqiqələrdə bir qrup qazi xiyabana daxil olur. Birinin ayaqlarında problem var. Dostlarının köməyi ilə şəhid yoldaşlarının məzarı başına gəlir. Onları izləyirəm.
Xiyabandan çıxıram. Sonra qazilərlə həmsöhbət olmaq, bir-neçə dəqiqə danışmaq fikri gəlir ağlıma. Ona görə qayıdıram. Yaxınlaşıb özümü tanıdıb, istəyimi izah edirəm. Onlar da məni maşındakı qaziyə yönləndirir.
Cəbrayılov Emin Cavanşir oğlu, Şuşa fatehlərindən biridir. Komandirini ziyarətə gəlib. Qəhrəmancasına döyüşüb, yaralanıb. Bir az əvvəl döyüş yoldaşlarının köməyi ilə məzar başına gələn qazidir. Yaralarından bəhs edir:
“Ayağımdan və çiynimdən yaralanmışam. Əli ilə xiyabanı göstərərək deyir, döyüş yoldaşlarımdan Elnur Həsənov və Mustafa Babayev burdadır. Ağstafada şəhid qardaşlarımız çoxdur. Elnur Həsənov N saylı hərbi hissədə manqa komandiri vəzifəsində çalışıb. Biz Şuşa-Xankəndi yolunda döyüşmüşük. O əsgərini atəş altında qoymadı, son ana qədər vuruşdu. Sonra şəhid oldu. Azərbaycan hərb tarixinin qəhrəmanlarından biridir. Onun haqqında nə desəm azdır. Mustafa Babayev də yaşının az olmasına baxmayaraq , yaralı halda döyüşmək üçün silah istəyirdi”.
Söhbəti yekunlaşdırırıq. Getməyə hazırlaşırlar. Səbəbini bilmirəm, danışarkən Eminin gözlərinə diqqətlə baxırdım. Bəlkə də yaşadıqlarını, keçirdiyi hissləri görmək, duymaq istəyirdim. Onun gözündə qəribə bir gülüş vardı. Acı-acı, ağlaya-ağlaya parıldayırdı. Mənsə donub, qalmışdım. Sadəcə məğrur qazini dinləyirdim. Sözlərini tamamladıqdan sonra dedi ki, çox sağ olun.
Sonra şəhidlərdən birinin qardaşı ilə söhbətləşirik. Bir az əvvəl qazinin şücaətindən danışdığı Həsənov Elnur Elman oğlu. Qardaşı Orxan Həsənov onun haqqında məlumat verir:
“1992-ci il, sentyabrın ayının 15-də Ağstafa şəhərində anadan olub. Orta məktəbi bitirib, 2010-cu ildə hərbi xidmətə yollanıb. Manqa komandiri, həm də kiçik çavuş idi. Tovuz hadisələri zamanı könüllü qeydiyyatdan keçib. Sentyabr 29-da Gəncədə təlimdən sonra kiçik çavuş kimi Füzuli istiqamətində döyüşə göndərilib. Xocavənd, Laçının bir neçə kəndinin alınmasında şücaət göstərib. Şuşa, Xankəndi döyüşlərində olub. Tağım komandiri yaralandıqdan sonra, onu əvəzləyib. 460 nəfər qardaşımın öhdəliyində imiş. Noyabrın 7-i pusquya düşüb. Neytralda qalan hərbçiləri xilas edib. Ayın 8-i şəhidlik zirvəsinə ucalıb. Qardaşım mömindir, namaz qılırdı. Həmişə şəhidlik arzulayırdı. Ən böyük istəyi isə Şuşa idi, onu da işğaldan azad etdi. Müharibə müddətində bizimlə danışanda Gəncədə olduğunu söyləyirdi. Nigaran qalmayaq deyə yalan danışıb. Sonradan bildik ki, döyüşdəymiş. O gülərüz, heç kimin xətrinə dəyməyən insan idi. Hər yerdə mehriban, gülərüz olub ”.
İndi gördüklərimi, xiyabanda keçirdiyim hissləri yazıya köçürdürəm. Nə qazinin gözlərini, nə şəhid qardaşının kədərli sözlərini unuda bilirəm.
İlahi, biz onların borcundan necə çıxacağıq?
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm