Şuşaya dəmiryolu çəkilir:“Xankəndiyə gedən yolun bir hissəsi.."
Banuçiçək Kalbalıyeva
12:28 23.07.2021
Qarabağ
824
“Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov Şuşa istiqamətində dəmir yolunun layihələndirilməsi işləri aparıldığını deyib. Onun sözlərinə görə, layihələndirmə işlərini Türkiyə şirkət həyata keçirir.
“Ora dağlıq ərazidir, həmçinin orada tunellər çoxdur. Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib. Ona görə də ora, yəqin ki, elektrik qatarları üçün yolun tikintisi vacib olacaq”, - deyə C.Qurbanov qeyd edib.
ReAL partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli bu barədə “Sherg.az”a danışdı. O, layihənin iqtisadi əhəmiyyətindən söz açdı:
“Hazırda Qarabağda infrastukturun bərpası məqsədilə bir çox layihələr həyata keçirilir. Bunlardan biri də məhz Şuşaya dəmiryolunun çəkilməsidir. Şuşaya dəmiryolunun çəkilməsi burada turizmin inkişafına töhfə verəcək. Şübhəsiz ki, Şuşa gələcəkdə turizm mərkəzlərindən birinə çevriləcək”.
N.Cəfərli sözügedən məsələnin siyasi tərəflərinə də toxundu:
“Şuşa təkcə mədəniyyət paytaxtı deyil, həm də strateji əhəmiyyətli yerdir. Bu nöqteyi-nəzərdən çəkilən dəmiryolu təchizatın təmin edilməsi, təhlükəsizlik baxımından mühüm rol oynayacaq. Həmçinin bu dəmiryolunun çəkilməsi Xankəndiyə gedən yolun bir hissəsinə çevriləcək. Əminəm ki, Xankəndidə Azərbaycanın suverenliyi bərpa olunacaq. Bax, o zaman bu dəmiryolunun əhəmiyyəti bir az da artacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsmail Kartal yenidən “Fənərbaxça”nın baş məşqçisi təyin olunub
14:35 18.06.2026
Futbol
ABŞ “Tramp marşrutu” ilə bağlı xüsusi fond yaratdı
14:15 18.06.2026
Dünya
Lukaşenko: Ukrayna ilə sərhəddə vəziyyət daha da gərginləşib
14:10 18.06.2026
Dünya
Səudiyyə Ərəbistanının supertankerləri Hörmüzdən keçdi
14:02 18.06.2026
Dünya
NATO Türkiyədə raket sistemi yerləşdirdi
13:54 18.06.2026
Dünya
Paşinyan Koçaryanla bağlı videonun sızdırılmasında problem görmür
13:52 18.06.2026
Gündəm
Nikol Paşinyandan erkən seçki açıqlaması
13:47 18.06.2026
Gündəm
Sabah 38 dərəcə isti olacaq
12:40 18.06.2026
Ekologiya
Gürcüstan XİN başçısı: Aİ yeni genişlənməyə hazır deyil
12:01 18.06.2026
Gündəm
Leonid Brejnevin nəticəsi Ukraynada əsir düşüb
11:53 18.06.2026
Dünya
Pozitiv düşünmək ruhi sağlamlığı yaxşılaşdırır - ARAŞDIRMA
11:37 18.06.2026
Sağlamlıq
Zelenski: Moskvanı bir həftə içində ikinci dəfə vurduq
11:23 18.06.2026
Gündəm
KİV: Paşinyan Bakıya müraciət etdi, Azərbaycandan qaz alırlar
10:56 18.06.2026
Gündəm
BBC ixtisarlara başlayıb: bəzi proqramlar bağlanacaq
10:53 18.06.2026
Dünya