Tarixə yazılacaq: “Xarıbülbül” Cıdır düzünə qayıdır
Yusif Sultanoğlu
07:54 08.05.2021
Qarabağ
618
“Xarıbülbül” Cıdır düzünə qayıdır
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək.
Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki «Xarıbülbül» musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.
Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.
Mövzu haqda “Şərq”ə danışan Xalq artisti Mənsum İbrahimov illərdir bu günü gözlədiyini söyləyib:
“Artıq qərar verildi. Yaxın zamanda həmin musiqi festivalında iştirak edəcəyik. Otuz iki ildən sonra “Cıdır” düzündə “Xarıbülbül” festivalı keçiriləcək. Bu, tarixə yazılası işdir. Şuşamızın, Qarabağımızın azad olunması kimi “Xarıbülbül” festivalının keçirilməsi də çox önəmlidir. Mənfur qonşularımıza, vandallara torpağın əsl sahiblərinin qayıtdığını deməkdir. Cənab prezidentimizin dediyi kimi, Azərbaycan xalqı Qarabağda ömürlük və əbədi yaşayacaqdır. Biz o yerləri yenidən dirçəldib, bərpa edəcəyik və əvvəlki şöhrətini özünə qaytaracağıq. Fikrimcə, bu, tarixi hadisədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm