Terror Ermənistanın birbaşa dövlət siyasətidir - Faktlar var !
07:36 25.09.2020
Qarabağ
1272
"Qloballaşma dövrünün terrorizm probleminin əsasında həm də təcavüzkar separatizm dayanır. Müşahidələr göstərir ki, beynəlxalq hüququn öz müqəddəratını müəyyən etmək prinsipindən sui-istifadə yolu ilə milli, etnik, dini və s. örtük altında dövlətlərin beynəlxalq hüquqla təsbit edilmiş ərazilərini parçalamağa yönəldilmiş separatçı fəaliyyətləri də beynəlxalq terrorçuluğun mənbəyidir.
Separatçılıq fəaliyyəti nəticəsində formalaşan beynəlxalq və dövlət nəzarətindən kənar ərazilər – “boz zonalar” (Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon) narkobiznes, insan alveri, çirkli pulların yuyulması və digər cinayətkar məqsədlər üçün istifadə edilir, əldə olunan gəlir isə terrorizmin maliyyələşdirilməsinə yönəldilir".
Bu sözləri "Şərq"ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib. Politoloq bildirib ki, müasir dövrdə artıq ənənəvi terrorizmə görə daha çox öldürücü gücə və operativ imkana malik olan dövlət dəstəkli terrorizm yeni tip müharibələrin bir mənzərəsi kimi formalaşması nəticəsində beynəlxalq sülh və təhlükəsizliyə qarşı ciddi bir təhdid halına gəlib:
"Tarixə qısa nəzər yetirsək görərik ki, Erməni terror qrupu hər zaman dövlətdən və ya kilsədən birbaşa dəstək alıblar. Daşnaksütyun, Asala, Hınçak, Erməni İttifaqı, Erməni Gizli Azadlıq Ordusu və s. terror qrupları bu dəstəklər sayəsində digər dövlətlərdə təxribatlar törətməklə həmin ölkələri və xalqları mənəvi qorxu içində saxlamağa çalışıblar.
Amma çox təəssüflər olsun ki, dünya gücləri tərəfindən beynəlxalq hüquq normalarına ikili münasibət, xristian həmrəyliyi Azərbaycanda və hətta Avropanın özündə belə bu qruplaşmaların həyata keçirdikləri terror aktlarına ciddi reaksiya verilməyib. Dünya dövlətlərinin heç də hamısının həmin qruplaşmaları terrorçu təşkilat kimi tanımaması onların terror aktlarının genişlənməsinə imkan yaratmış olurlar".
Politoloq əlavə edib ki, Qarabağ hadisələrinin iştirakçısı Zori Balayanın “Ruhumuzun dirçəlişi”, Livan ermənisi David Xerdiyanın “Xaç uğrunda” adlı kitablarında Xocalı soyqırımını törətmiş erməni terror təşkilatlarının vəhşiliklərindən fərəhlə söz açmaları, Ermənistanın keçmiş siyasi rəhbərlərinin bu hadisəni fəxrlə izah etmələri terrorun birbaşa dövlət tərəfindən keçirilməsini sübut edən faktlardır:
"Lakin Ermənistan-Azərbaycan arasında gedən informasiya müharibəsində Ermənistan müxtəlif təxribat xarakterli informasiyalar yaymaqla işğal edilmiş ərazilərdəki erməni terror şəbəkəsinin faliyyətini gizlətməyə, dünya ictimaiyyətini çaşdırmağa, diqqəti digər ölkələrin üzərinə yönəltməyə cəhd edir. Son zamanlar ermənilər Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə dezinformasiya yayırlar. Bu açıqlamalar Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi güdür.
Düşünürəm ki, müharibə şəraitində olduqca vacib olan informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm addımlardan biri də ölkə haqqında geniş informasiyanın (təbii ki, məxfi olmayan), həqiqətlərin internet resurslarında doğru formada yerləşdirilməsi bu cür dezinformasiyaların qarşısını almaqda böyük üstünlüyə malikdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə