"Xankəndinə gedən qaz xətti zədələnə bilər" - Ermənistandan humanitar şou!
Yusif Nəzərli
12:00 25.03.2022
Qarabağ
772
"Erməni siyasi dairələri indi də Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində kommunal problemlərə görə səslərini başlarına atıblar".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, hər şeydə Azərbaycanı təqsirkar çıxarmağa adət etmiş erməni xisləti bu dəfə də özünü göstərir:
"Sülhməramlıların dislokasiya edildiyi Azərbaycan ərazilərində qaz təminatında problemlər yaranıb. Ermənilər bunun təqsirini Azərbaycanın üzərinə atmağa çalışırlar. Ənənəvi yalanlar üzərində inşa edilən fikirlərdən təəccüblənmək də lazım deyil. Çünki erməni siyasəti üçün bu, yenilik deyil. Yalnız yeniliklər təəccübləndirmək gücünə malikdir. Azərbaycanı az qala humanitar böhran yaratmaqda günahlandıran ermənilər üçün bir neçə xatırlatma vacibdir. Vaxtı ilə Sərsəng su anbarından ekoloji terror məqsədləri və humanitar təzyiq yaratmaq üçün istifadə edən ermənilər indi özlərinə bir balaca soyuq dəyən kimi keçmiş əməllərini unudurlar. Birincisi, tarixi, ikincisi isə texniki xatırlatmadır. Hazırda Azərbaycan ərazilərində güclü qar yağır. Bu da texnogen qəzaların artması ehtimallarını çoxaldır. Xankəndinə gedən qaz xəttinin də zədələnməsi baş verə bilər. Üçüncü, fərz edək ki, qaz xəttində heç bir problem yoxdur, onda Ermənistan zəhmət çəkib Rusiya sülhməramlılarına müraciət etsin. Ermənilər indiki qaz məsələsinin məsuliyyətini həm də sülhməramlılarda axtarmalıdırlar".
A.Kərimova görə, Ermənistanın qaz məsələsindən “qaza” gələrək humanitar şou yaratmasının arxasında beynəlxalq ictimaiyyətdən dəstək qazanmaq niyyəti dayanır:
"Ancaq beynəlxalq aləmin erməni yalanlarını və vay-şüvənliyini dinləməyə nə vaxtı, nə də həvəsi var. Çünki onların gündəmini Rusiya-Ukrayna müharibəsi məşğul edir. Qarabağdakı ermənilər zəhmət çəkib Ermənistan rəhbərliyininin 10 noyabr bəyanatının icrasına məhəl qoyması üçün müraciət etsin. Qarabağdakı mülki ermənilərə görə yeganə seçim şansı budur. Onlar Azərbaycanın yurisdiksiyası altına keçsinlər və Azərbaycan vətəndaşı kimi yaşasınlar. Yox, əgər onlar da separatçı meyilləri inkişaf etdirsələr, o zaman Azərbaycan ərazilərindəki mövcudiyyətləri cəza mexanizmi altında olacaq. Yaxşı olar ki, Ermənistan rəhbərliyi baş verənlərdən dərs çıxararaq üçtərəfli bəyanatın üzərinə qoyduğu öhdəlikləri yerinə yetirsin. Situasiya ətrafında manipulyativ fikirlər yaratmaq üçün müxtəlif epitetlərin arxasına sığınmaq, öhdəliklərdən boyun qaçırmaq cəhdləri İrəvanın özünə baha başa gəlir. Buna görə də, Ermənistan Qarabağdakı separatçı silahlıları tərksilah etməyə çalışmalıdır ki, üzərindəki təzyiqin heç olmasa biri azalsın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya