
Türkiyənin demokratiya qələbəsi...
05:31 04.04.2024
Siyasət
425
Ankara artıq “böhran situasiyası”nı arxada qoydu Ərdoğanın “diktator”, “avtoritar lider” obrazını yaradan Qərb təbliğatı tamamilə ifşa olundu “CHP-nin bələdiyyə seçkilərindəki uğurunu Qərbin Türkiyəni yenidən tamamilə öz çətiri altına qaytaracağı ilə bağlı təbliğatın əsası yoxdur”
"Ciddi iqtisadi çətinliklər məngənəsinə salınan qardaş Türkiyə Cümhuriyyəti özünün dövlət ağlı və milli iradəsi sayəsində daha bir təhlükədən yayınmağı, kritik mərhələni məharətlə keçməyi bacardı". Bu sözləri Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Elxan Şükürlü deyib. Ekspert bildirib ki, 2023-cü ilin mayındakı prezident və parlament seçkilərində hakim partiyanın öz qələbəsini təmin etmək üçün saxtalaşdırmaya gedəcəyini və Türkiyə cəmiyyətində qarşıdurma yaranacağını gözləyən dairələr bu dəfə eyni əhvalla 31 martdakı bələdiyyə seçkilərinə köklənmişdilər.

Ancaq 2023-cü ilin 14-28 mayında olduğu kimi, 2024-cü ilin 31 martında da Türkiyənin dövlət ağlı proseslərin dinc, ağrısız, siyasi təlatümsüz və xaricilərin deyil, ölkənin öz ssenarisinə uyğun keçməsini uğurla təmin edə bildi: "Hakim partiyanın Türkiyənin İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərində öz namizədlərinin qələbəsini təmin etmək üçün hər hansı əyri yollara əl atmaması, ABŞ və Avropanın özünə nümunə olacaq seçki mədəniyyətinin ortaya qoyulması son illlər Ərdoğanın “diktator”, “avtoritar lider” obrazını yaradan Qərb təbliğatını tamamilə ifşa və alt-üst etmiş oldu. CHP-nin bələdiyyə seçkilərindəki uğurunu Qərbin Türkiyəni yenidən tamamilə öz çətiri altına qaytaracağı ilə bağlı təbliğatın əsası yoxdur. Türkiyənin mövcud hakimiyyəti üçün ən kritik dönəm məhz 2023-2024-cü illər, xüsusən də bu dönəmdə keçiriləcək prezident, parlament və bələdiyyə seçkiləri sayılırdı. Türkiyə artıq onun üçün “böhran situasiyası” yaradacaq bu mərhələni geridə buraxaraq, artıq sabit bir mərhələyə qədəm qoyur. Böyük şəhər bələdiyyələrinin əksəriyyətinin rəqiblərinin nəzarətinə keçməsinə baxmayaraq, həm prezident postu, həm də parlamentdə üstünlük Ərdoğanın komandasındadır. Bu hal imkan verəcək ki, Ərdoğan hakimiyyəti bundan sonra daha cəsarətlə həm ölkənin Qərbdən asılı olmayan xarici siyasət kursunu, həm də seçkinin üzə çıxardığı daxili problemlərin həlli istiqamətində daha fəal şəkildə “yenidənyüklənmə”ni həyata keçirsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil