Məşhur aktyor Amerikadan köçür
23:20 06.11.2024
Dünya
513
Riçard Gir dəyəri 11 milyon dollar olan malikanəsini satışa çıxarıb
"Gözəlçə”, “Birinci cəngavər", “İlk qorxu", "Haçi: İtin hekayəsi" kimi filmləri ilə tanınan Hollivud “ulduz”u məşhur aktyor Riçard Gir 11 milyon dollarlıq evini satışa çıxarıb. Məşhur aktyor Amerikadan köçməyi planlaşdırır.
“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, bütün zamanların ən yaxşı aktyorlarından biri hesab edilən 75 yaşlı amerikalı aktyor İspaniyaya köçəcəyini açıqlayıb. Aktyor Konnektikutda dəyəri təxminən 11 milyon dollar olan malikanəsini satışa çıxarıb artıq. R.Gir 2022-ci ildə malikanəsini 10,8 milyon dollara alıb və həyat yoldaşı Aleksandra Silva və iki övladı ilə orada yaşayıb. 1938-ci ildə tikilmiş evdə 11 vanna otağı, üç otaqlı qonaq evi, hovuz və 32 hektar əraziyə yayılmış bir neçə bağ var. Məşhur aktyor yaxınları ilə daha çox vaxt keçirmək üçün Amerikanı tərk edib İspaniyada həyat yoldaşı Silva ilə yeni həyata başlamaq istədiyini bildirib. Cütlük tezliklə uşaqları ilə birlikdə İspaniyaya köçməyi planlaşdırır. R.Girin Nyu-Yorkda da evi var. R.Gir A.Silva ilə 2014-cü ildə İtaliyanın Pozitano şəhərində tanış olub. Məşhur cütlük 2018-ci ildə ailə həyatı qurub. Digər tərəfdən, R.Gir uzun müddət idi ki, ekranlardan uzaq idi. Aktyorun "The Agency" adlı triller serialı ilə ekranlara qayıdacağı açıqlanıb. Serialda aktyoru “Prometey”in ulduzu Maykl Fassbender müşayiət edəcək. Bu yaxınlarda Cefri Raytın seriala daxil olduğu açıqlanıb. R.Gir serialda "Bosko" adlı agent obrazını canlandıracaq. "Le Bureau" filminin Amerika adaptasiyası olan serialın prodüseri Corc Klunidir. Aktyor haqqında deyilir ki, "Riçard Gir oynadığı hər bir rola dərinlik və orijinallıq gətirməkdə qeyri-adi bacarığına görə bütün dünyada pərəstişkarları tərəfindən sevilir". Bu film R.Girin ilk seriyalı müntəzəm rolu olacaq. Aktyor 1993-cü ildə "And the Band Played On" televiziya filmindəki işinə görə "Emmy" nominasiyasına layiq görülüb və 2019-cu ildə "BBC Two"da yayımlanan Britaniya mini serialı "Ata BabaSon"da rol alıb. O, daha çox "Bir zabit və bir centlmen", "Amerikan Giqolosu", "Gözəlçə”, "İlkin qorxu" və "Çikaqo" kimi filmlərdəki baş rolları ilə tanınır. Həm "Zabit və bir centlmen", həm də “Gözəlçə” filmləri ilə "Qızıl Qlobus" nominasiyasını alan aktyor "Çikaqo" filmindəki işinə görə də "Qızıl Qlobus"a layiq görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı