İranın Azərbaycanı "ittiham etdiyi məsələləri" Ermənistan praktiki olaraq həyata keçirir -Politoloq
10:53 13.01.2025
Region
701
İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.
Sözçü İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın ötən həftə Azərbaycan və Ermənistana səfəri ilə bağlı suala cavab olaraq qeyd edib ki, Əhmədianın Bakı və İrəvana səfəri əvvəlcədən planlaşdırılaraq həyata keçirilib.
"İran həm Azərbaycan, həm də Ermənistanla əlaqələri mühüm hesab edir. Cənubi Qafqazda təhlükəsizlik bizim üçün vacibdir və biz bu mühüm regionda təhlükəsizliyi gücləndirmək üçün bütün imkanlardan istifadə edəcəyik. Təhlükəsizlik xarici müdaxilədən uzaq, region ölkələri tərəfindən təmin edilməlidir", - rəsmi vurğulayıb.
Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, Azərbaycan həmişə İranla münasibətlərin müsbət yöndə inkişafında maraqlı olub:
"Azərbaycan hesab edir ki, İranla olan əlaqələr qonşuluq prinsipinə əsaslanmalıdır. Həmçinin bu dövlətlə bağlı 3-cü qüvvələrin öz ərazisindən istifadəsinə heç vaxt icazə verməyib. İran rəsmiləri bütün bunları çox yaxşı başa düşür və görürlər. Lakin münasibətlərin hər zaman gərgin olması üçün müxtəlif bəhanələr uydururlar. Həmçinin əyalət mollalarının son açıqlamaları da buna dəlalət edir. İranda iki xətt var: Birincisi, islahatlar xəttidir. Pezeşkian bu xəttin inkişafında maraqlıdır. O, açıq formada etiraf edib ki, İran Qərb və digər ölkələrlə münasibətləri normallaşdırmasa, parçalanacaq. İkinci xətt olan, hətta bəzən dini liderə qarşı gələn SEPAH-ın mühafizəkar siyasəti isə normallaşmaya ciddi əngəl yaradır və bumeranq effekt verir. Nəticədə də İranın proksi qüvvələrlə əlaqəsi kəsilib".
Politoloq vurğulayıb ki, rəsmi Tehran hesab edir ki, Suriyadakı proseslərdə iştirak etməməsi bu dövlətə qarşı olan təhdidləri ölkə sərhədlərinə yaxınlaşdırır:
"İranın həmişə Azərbaycanı ittiham etdiyi məsələləri, xüsusilə Qərblə əməkdaşlığı Ermənistan praktiki olaraq həyata keçirir. Hətta Avropa İttifaqının Müşahidə Missiyası adı altında NATO-nu bu bölgəyə gətirir. Bu isə İrana birbaşa təhdid sayılsa da, Azərbaycana qarşı sərgilədiyi münasibəti Ermənistana etmir. Eyni zamanda Tehran narahatdır ki, Zəngəzur dəhlizininin açılması İranın beynəlxalq təcridini daha da artıracaq. Üstəlik, Türkiyə-Azərbaycan münasibətlərini də özünə qarşı təhdid hesab edir. Hətta düşünür ki, Türkiyə Suriya ilə bağlı məsələlərdə iştirak etməməlidir. Ümumiyyətlə İran çox ciddi böhranla üz-üzədir və bundan sonra yürüdəcəyi siyasət gələcəyi baxımından həlledici amil olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm