
İran deputatları əndazəni aşdı -RƏY
Yusif Nəzərli
05:36 16.01.2025
Siyasət
575
Gün gələcək, bu spekulyasiyaya da son qoyulacaq
“Azərbaycan və Türkiyə İrəvandakı "soyqırımı" kompleksinin sökülməsinə və "soyqırımı" propaqandasının dayandırılmasına da nail olacaq”
İran parlamentinin Ermənistanla dostluq qrupunun üzvləri, Ermənistan Milli Məclisinin bəzi deputatlarının müşayiəti ilə İrəvandakı uydurma “erməni soyqırımı” abidəsini ziyarət ediblər. İran qrupunun rəhbəri Ara Şahverdyan və nümayəndə heyətinin digər üzvləri qondarma abidənin önünə gül dəstələri qoyublar, “soyqırımı qurbanlarını” yad ediblər. Bu addım İranın molla rejiminin hər zaman olduğu kimi, müsəlman qonşuları Azərbaycanın əleyhinə olan erməni yalanlarını dəstəklədiyini bir daha göstərir.
İranın bu davranışı regionda müsəlman həmrəyliyi prinsiplərinə zidd olmaqla yanaşı, Ermənistanın yalanlarına haqq qazandırmaq cəhdidir və antitürk mahiyyətlidir. Azərbaycanın maraqlarına qarşı bu kimi addımlar İslam dünyasında ciddi suallar doğurur. İranın Ermənistanla belə yaxınlaşması onun geosiyasi ikiüzlülüyünün bariz nümunəsidir.

Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, molla rejimi hər zaman olduğu kimi Ermənistanın bu yalanını da açıq şəkildə dəstəkləyir. Onun sözlərinə görə, rəsmi Tehran məsələyə operativ reaksiya verərək bunun, Ermənistanın rəsmi dövlət protokolunun tələbinə uyğun addım olduğunu iddia edə bilərdi:
"Tutarlı əks arqument sayıla bilərdi. Çünki sözügedən abidənin xarici rəsmi qonaqlar tərəfindən ziyarət olunması tələbi, həqiqətən də, Ermənistanın dövlət protokolunda yer alıb və bu, məcburidir. Lakin bəzən elə hallar olur ki, bu və ya digər dövlət başçısı və ya nümayəndə heyəti səfərə gəldiyi ölkələrin ziyarət protokolundakı bu qəbildən olan tələblərə əməl etməkdən imtina edir. Bu mənada iranlı deputatlar da istəsəydilər, İrəvandakı qondarma "soyqırımı" abidəsini ziyarət etməkdən imtina edə bilərdilər. Lakin etmədilər. Zənnimcə, onlar bu abidəni hətta protokolun tələbi olmasa belə, yenə ziyarət edəcəkdilər. Sırf Türkiyənin, Azərbaycanın acığına ziyarət edəcəkdilər".
B.Mirzəyev vurğulayıb ki, bu, haylarla farsların ortaq həmrəylik nöqtələrindən biridir:
"Saxta "tarix" üzərindən ərsəyə gətirilmiş siyasi həmrəylik nöqtəsidir. Ona görə də molla rejimini və onun parlament təmsilçilərini 1915-ci il 24 aprel hadisələrinin gerçək mahiyyətinin haylar tərəfindən təhrif edilməsi və "erməni soyqırımı" tezisinin böyük bir yalan, siyasi və ideoloji spekulyasiya olması faktı əsla maraqlandırmır. Çünki 110 illik "soyqırımı" yalanı haylara da, farslara da hava-su kimi lazımdır. Ancaq gün gələcək, bu spekulyasiyaya da son qoyulacaq, Azərbaycan və Türkiyə İrəvandakı "soyqırımı" kompleksinin sökülməsinə və "soyqırımı" propaqandasının dayandırılmasına da nail olacaq. Bunu Ermənistanın denasifikasiyası, defaşizasiyası çərçivəsində həyata keçirə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm