
Trampın nüvəsizləşdirməylə bağlı açıqlaması buna hesablanıb -ANALİTİK
11:30 07.03.2025
Dünya
337
ABŞ administrasiyası nüvəsizləşdirmə məsələsini Rusiya və Çinlə müzakirə etmək istərdi. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, ilk prezidentlik dövründə bu məsələni Moskva və Pekinlə artıq müzakirə edib və bu cür məsləhətləşmələri bərpa etməyi planlaşdırır:
"Hər kəs nüvə silahından qurtulsaydı, əla olardı. Hazırda ən çox Rusiya və bizdədir. Dörd-beş ildən sonra Çin də eyni rəqəmə sahib olacaq və hamımız nüvə silahından qurtula bilsək, əla olardı, çünki nüvə silahının gücü sadəcə dəlilikdir. Bu, ağılsızlıqdır".
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, Trampın bu açıqlamasında səmimi mövqe olduğu şübhəsizdir:

“Çünki Tramp ilk hakimiyyəti dövründə olduğu kimi indi də dünyada hərbi gərginliyin arxa plana keçməsindən yanadır. Bu gün Rusiya və Amerika əsas nüvə başlığı olan ölkələrdir. Çin də bu prosesə yaxınlaşmaq üzrədir. Ukrayna müharibəsindən sonra Fransanın nüvə başlıqlarının digər ölkələrə paylaşdırılmaq məsələsi də gündəmdədir. Almaniya Fransa və Böyük Britaniyadan belə nüvə çətiri istəyir. Amma əgər dünyada nüvəsizləşdirmə məsələsi başlayarsa, Fransanın nüvə çətiri olaraq Avropanı nə qədər qoruya biləcəyi sual altındadır. Lakin nüvə başlıqlarının yayılması baxımından başqa proses baş tuta bilər. Donald Tramp administrasiyasının əsas siyasəti Avropanın güclənməsinin qarşısını almaqdır. Nəticə etibarıyla beynəlxalq müstəvidə nüvəsizləşdirməylə bağlı müəyyən razılaşmalar sözügedən prosesin qarşısını ala bilər. Digər tərəfdən isə Yaxın Şərqdə İran nüvə məsələsində aktuallaşıb. Beynəlxalq ictimaiyyətin, xüsusilə Amerikanın əsas tələbi İranın nüvə silahı əldə etməməsi ilə bağlıdır. Qarşıdakı dövrdə isə İranın Çinlə əməkdaşlıq edərək nüvə silahını inkişaf etdirmə ehtimalı var. Çünki hazırda Tramp Rusiya ilə anlaşır və Amerikanın əsas regional hədəfi Çindir. Çinin İran üzərindən Rusiya və Amerika razılaşmalarını pozmaq niyyəti ola bilər. Ukrayna müharibəsindən bir müddət öncə nüvə beşliyi razılaşmanı yeniləmişdilər. Həmin razılaşmaya görə nüvə silahının yayılmasının qarşısını almağa çalışırdılar. Eyni qərarlar indi də qüvvədədir”.
Ekspert qeyd edib ki, Trampın sözügedən mövqeyi regional risklərlə bağlıdır:
“Dünyada, xüsusilə Amerika fonunda baş verən proseslər yeni dünya nizamının qurulmasından xəbər verir. Belə qlobal proses həm də əvvəlki nizamın pozulmasıyla nəticələnə bilər. Belə olan halda nüvəylə bağlı anlaşmaların da arxa plana keçmə ehtimalı böyükdür. Tramp administrasiyası dünya nizamında nüvəylə bağlı prosesin dəyişməsindən narahatdır. Ona görə də Tramp Rusiya və Çinlə nüvəsizləşdirmə məsələsinə yenidən baxmaq istəyir. Eyni zamanda Amerika Çinlə iqtisadi müharibəyə başlayacaq. Bu isə dünyanın yenidən qurulma prosesinin tərkib hissəsidir. Belə olan halda yenə siyasi mübarizələrdə nüvə silahının rıçaq kimi istifadə edilməsini aktuallaşdırır. Görünən odur ki, Trampın nüvəsizləşdirməylə bağlı açıqlaması həm də buna hesablanıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Aİ kursundan uzaqlaşır? - Politoloqdan İZAH
18:32 13.02.2026
Gündəm
"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq
18:26 13.02.2026
Dünya
Rutte: Rusiya Ukraynada ilbiz sürəti ilə irəliləyir
18:15 13.02.2026
Dünya
İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
18:10 13.02.2026
Rəsmi
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm