Qarabağdan Afrikaya: Çoxqütblü dünyada Azərbaycanın rolu artır
13:46 11.04.2025
Siyasət
344
ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bir çox məqamlara toxundu. Bunlardan biri də İlham Əliyevin, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın əldə etdiyi uğurları və bu platforma vasitəsilə Afrika ölkələri ilə əlaqələrin güclənməsini önə çəkməsi oldu. Azərbaycanın sədrliyi dövründə Hərəkat daha çevik və təsirli bir quruma çevrilmək yolunda addımlar atdı – Parlament və Gənclər Platformalarının yaradılması bu baxımdan əhəmiyyətli təşəbbüslərdir. Prezidentin çıxışında COP tədbiri kontekstində az inkişaf etmiş ölkələrin müdafiəsinin prioritet elan olunması, Kiçik Ada Dövlətlərinə dəstək məqsədilə ayrılan 10 milyon ABŞ dolları və digər konkret addımlar, Azərbaycanın yalnız Qərb dünyası ilə deyil, Qlobal Cənubla da strateji tərəfdaşlığa sadiqliyini nümayiş etdirdi. Bütün bu məqamlar Azərbaycanın yeni dünya düzənində balanslı, çoxtərəfli və inklüziv xarici siyasət yürütmək əzmində olduğunu bir daha ortaya qoyur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov “Sherg.az”a bildirib ki, Azərbaycanın xarici siyasət kursu çoxşaxəlidir:
“Son zamanlar coğrafi areallıq genişləndirilməkdədir. Əgər 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan xarici siyasətinin əsas vurğusu Qarabağ məsələsinin həllinə yönəlmişdisə, antiterror əməliyyatlarından sonra ölkəmiz üçün yeni üfiqlər açıldı. Azərbaycan xarici siyasətinin daha geniş coğrafiyalarda nüfuzunu genişləndirməyə başladı. Həmin nüfuzun yayılması xüsusilə Afrika ölkələrində özünü büruzə verdi. Çünki Azərbaycan xarici siyasətinin yeni bir istiqaməti neokolonializmə qarşı mübarizədir. Azərbaycan bunu Qoşulmama Hərəkatının kontekstində kollektiv şəkildə və ikitərəfli münasibətlər çərçivəsində aparır. Bəzi ölkələr Azərbaycanı Qarabağ məsələsinə görə təzyiq altında saxlamaq istəyirdi. Lakin hücum diplomatiyası ona gətirib çıxardı ki, Azərbaycan bütün təzyiqləri məhv etdi. Azərbaycan hazırda neomüstəmləkə siyasətinə qarşı mübarizə aparır. Eyni zamanda Azərbaycan Afrika ölkələriylə təkcə neomüstəmləyə qarşı mübarizə kontekstində deyil, həmçinin siyasi və iqtisadi əlaqələrin inkişafıyla bağlı əlaqələr qurulur. Azərbaycan Afrika kimi ehtiyacı olan ölkələrə investisiya qoyur və köməklik göstərir. Çoxqütblü dünya nizamında uyğun model təkcə Qərb və hegemon güclərlə əməkdaşlıqdan deyil, həm də yeni bir mərhələnin başlanmasından ibarətdir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm