KİV: İran Trampın yeni nüvə sazişindən çıxmayacağına dair zəmanət istəyir
15:29 18.04.2025
Dünya
435
İran Trampın yeni nüvə sazişindən çıxmayacağına dair zəmanət istəyir.
APA xəbər verir ki, bu barədə “Reuters“ yüksək səviyyəli İran rəsmisinə istinadən məlumat yayıb.
"İran keçən həftə danışıqlarda Birləşmiş Ştatlara uranın zənginləşdirilməsi ilə bağlı bəzi məhdudiyyətləri qəbul etməyə hazır olduğunu, lakin Prezident Donald Trampın nüvə sazişindən bir daha imtina etməyəcəyinə dair təminatlara ehtiyacı olduğunu bildirib", - məlumatda qeyd edilib.
Mənbənin sözlərinə görə, İran nüvə proqramının dinc xarakter daşıdığına dair təminat vermək üçün bu prosesdə yeganə məqbul qurum kimi gördüyü BMT-nin nüvə agentliyi ilə işləməyə hazır olduğunu bildirib.
Qeyd edilib ki, Araqçi ABŞ tərəfinə bu əməkdaşlığın müqabilində Vaşinqtonun İranın neft və maliyyə sektorlarına tətbiq etdiyi sanksiyaları dərhal ləğv etməli olduğunu deyib. "İran sentrifuqalarını ləğv etməyəcək, zənginləşdirməni sıfıra endirməyəcək və ya raket proqramı ilə bağlı danışıqlar aparmayacaq".
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ilk raundu aprelin 12-də Maskatda Oman xarici işlər nazirinin evində aparılıb. Danışıqlara İran XİN rəhbəri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonla Tehran arasında aparılan danışıqlar müsbət istiqamətdə davam edir. Tehran-Vaşinqton danışıqlarının növbəti raundu sabah Romada davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm