
Aydın Sezer: Türkiyə və Rusiya münasibətlərində yenidən hərəkətlənmə var
12:17 25.04.2025
Region
536
İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı məsləhətləşmələr başlayıb.
Bu barədə “RİA Novosti” türkiyəli diplomatik mənbəyə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, İstanbulda danışıqlar bağlı qapılar arxasında aparılır.
Məlumata görə, görüşdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfini isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edir.
Türk siyasətçi və yazar Aydın Sezer Sherg.az-a bildirib ki, Türkiyə və Rusiya münasibətlərində yenidən hərəkətlənmə var:

“Suriyadakı genişlənmələrlə əlaqəli olaraq Rusiya tərəfi daha çox Qətərlə görüşlər aparır. Qətər əmri Əhməd əş-Şaraa üzərindən Suriya rejiminə mesaj göndərir. Ötən günlərdə Qətər əmri Moskvada səfərdə idi. Dolayısı ilə Rusiya Türkiyənin Suriyadakı rəhbərlik üzərində səlahiyyəti olmadığını bilir. Avropa Birliyi və Amerikanın Əhməd əş-Şaraa üzərindəki təzyiqi Türkiyənin təsirini kölgədə qoyur. Çünki Qərb dünyası Əhməd əş-Şaraaya Rusiyayı Suriyadan çıxarmağı söyləyir. Türkiyə isə sözügedən mövzuda Rusiyaya verdiyi vədləri yerinə yetirmədiyinə görə natamam qalır. Ona görə də Rusiya Suriya məsələsində fərqli ölkələrlə əlaqələr qurur. Türkiyə və Rusiya arasındakı görüşün əsas mövzusunun Suriya olduğunu söyləmək mümkündür. Eyni zamanda Liviya məsələsində də Türkiyə və Rusiya arasında görüşmələr davam edir. Bir neçə gün öncə Türkiyə Xarici İşlər Nazirliyindən bir şəxs də Rusiyada idi. Türkiyə və Rusiya arasında enerji məsələsi də müzakirə mövzularından biridir. Bu məsələ xüsusilə “Akkuyu” AES layihəsi və qazla bağlı mövzulardır. 2025-ci ilin sonunda Mavi Akımdan gələn qaz razılaşması bitəcək. Görüşlərin Yaxın Şərqdə proseslərə təsir edəcəyini düşünmürəm. Rusiya onsuz da Suriya məsələsində Qətər və Birləşmiş Ərəb Əmirlikləriylə yanaşı İsraillə də təmas halındadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə