Azərbaycan diqqətli olmalıdır: Lavrovla Mirzoyanın görüşü erməni əsilli iki nazirin görüşü təəssüratı yaradır
11:54 21.05.2025
Region
427
Bu gün İrəvanda Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında təkbətək görüş keçirilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı bildirib ki, Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, iki ölkənin Xarici İşlər nazirlikləri arasında qarşılıqlı əlaqələr davam edir və humanitar əməkdaşlığın inkişafında müsbət dinamika mövcuddur. A.Mirzoyan həmçinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi əməkdaşlığın inkişafını qeyd edib.
Tanınmış jurnalist, politoloq Fuad Abbasov Sherg.az-a Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü ilk baxışda erməni əsilli iki nazirin görüşü kimi təəssürat yaratsa da, rəsmi Moskvanın İrəvana olan təsirini daha da gücləndirəcək:
“Paşinyan başda olmaqla Ermənistanın indiki iqtidarı 2018-dən indiyə qədər “Soros uşaqları” ləqəbiylə ölkəni idarə edirdilər. Hər kəsə bəllidir ki, Paşinyan Qərbin, xüsusilə də Amerikanın təsiriylə hakimiyyətə gəlib. Bü gün də Amerika Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin münasibətləri, Ukrayna müharibəsində Şərq qonşumuzun mövqeyi və rəsmi Moskvanın Qərbə təsir göstərməsi Ermənistanın xarici siyasətini yenidən gözdən keçirməsinə və Kremllə əvvəlki kimi radikal əlaqələr qurmamasına səbəb yaradır. Bütün bunların nəticəsində Mirzoyan və Lavrovun pərdəarxası görüşləri zamanı Ermənistanı Rusiya orbitinə xoşluqla qaytarmaqdan da danışıla bilər. Eyni zamanda Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son vermək və Türkiyənin rolunu vurğulamaq qeyd olunar. Bu görüş Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və diplomatiyası üçün bir xəbərdarlıq rolu oynayır və ciddi şəkildə bölgəni analiz etməyə vadar edir. Çünki keçmiş müttəfiqlər yenidən baş qaldıraraq Azərbaycan və Türkiyəyə qarşı planlar qura bilərlər. Həmçinin Lavrov Paşinyan qarşısında şərt qoyaraq söyləyə bilər ki, ya müttəfiqliyə onunla davam etsinlər, ya da Robert Koçaryanı hakimiyyətə gətirəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə