
Azərbaycan-İran münasibətlərində istiləşmə: Pezeşkianın səfərinin mühüm əhəmiyyəti var
10:19 21.04.2025
Region
501
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri bu həftə planlaşdırılır.
Bu barədə İran XİN sözçüsü İsmayıl Bəqai bildirib.
“Səfər çərçivəsində İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi fonunda görüşlər nəzərdə tutulub”, - o qeyd edib.
Politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, Məsud Pezeşkianın Azərbaycana səfəri çox vacib bir dövrdə gerçəkləşir:

"Nəzərə almaq lazımdır ki, İran-Azərbaycan münasibətlərində son zamanlar qarşılıqlı səfərlərin sayı çoxalıb. Daha əvvəl də bu ölkənin bir sıra yüksək rəsmi şəxsləri Azərbaycana gəlmişdi. Həmçinin İran və Azərbaycan nazirləri müxtəlif səviyyələrdə görüşlər həyata keçiriblər. Eyni zamanda sonuncu olaraq, Novruz və Ramazan bayramında da Məsud Pezeşkianla Cənab Prezident İlham Əliyev arasında telefon danışıqları aparılmışdı. Bu fonda İran Prezidentinin ölkəmizə səfəri baş tutur. Digər tərəfdən Azərbaycan və İran arasında özəlliklə nəqliyyat, infrastruktur, o cümlədən gələcək layihələrin müzakirəsi baxımından Pezeşkianın səfərinin mühüm əhəmiyyəti mövcuddur. Məhz xüsusilə İranda bəzi məmurların və medianın apardığı təbliğata görə iki ölkə arasında müəyyən soyuq münasibətlər yaranmışdı. Lakin hər halda hazırda istiləşmə, qarışılıqlı şəkildə diplomatik əlaqələr qurulduğunu müşahidə edirik. Bu mənada hesab edirəm ki, sözügedən görüşdə bəzi Azərbaycanın narahatlığına səbəb olan məsələlər də qaldırılaraq müzakirə ediləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə