Elxan Şahinoğlu: Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır
Yusif Nəzərli
07:55 31.07.2025
Region
324
Kreml hər zaman bölgə ölkələrinin bir-birləriylə münaqişədə olmasından faydalanmağa çalışıb
“Mariya Zaxarovanın cümlələrində “NATO” əvəzinə “Rusiya” yazılsa, daha məntiqli olar”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 30 iyulda keçirdiyi ənənəvi brifinqdə NATO-nun artıq neçə ildir Cənubi Qafqazda möhkəmlənməyə çalışdığını bildirib. Onun sözlərinə görə, NATO-nun məqsədi region ölkələrinin resurslarından Qərbin maraqları üçün istifadə etmək və Rusiya ilə geosiyasi rəqabət fonunda regionu zəiflətməkdir: “Onlara bərabərhüquqlu münasibətlər lazım deyil. Onlar resursları almaq, ölkələri bir-birinə qarşı qoymaq, bölgəni alovlandırmaq istəyirlər. Ümid edirik ki, region ölkələri, Ermənistan və Azərbaycan NATO ilə əməkdaşlığın risklərini anlayacaq”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Sherg.az-a açıqlamasında deyib ki, Mariya Zaxarovanın cümlələrində “NATO” əvəzinə “Rusiya” yazılsa, daha məntiqi olar:
“Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır. Kreml hər zaman bölgə ölkələrinin bir-birləriylə münaqişədə olmasından faydalanmağa çalışıb. Bir də ki, Zaxarova NATO deyərkən konkret təşkilatı, Brüsseldə yerləşən mərkəzi qərargahı, yoxsa təşkilata üzv dövlətləri nəzərdə tutub? Şimali Atlantika Bloku Cənubi Qafqazda sülh və bölgə ölkələrinin bir-biri ilə əməkdaşlığında maraqlıdır. Çünki Brüsselin Cənubi Qafqazın hər 3 ölkəsiylə bu və ya digər formada əməkdaşlığı mövcuddur. Belə olan halda NATO öz siyasətinə zidd olaraq Zaxarovanın “məntiqinə” görə Cənubi Qafqazı niyə alovlandırmalıdır? Bölgəni alovlandırmaq istəyənin, bölgə ölkələri arasında münasibətləri gərginləşdirənin ünvanı bəllidir. Zaxarova Şimali Atlantika Blokundan danışarkən, Ermənistanın və Azərbaycanın NATO ilə əməkdaşlığın risklərini anlayacağını söyləyib. Görəsən, Zaxarova Gürcüstanın adını niyə çəkməyib? Doğrudur, Gürcüstanın hazırkı hökumətinin Qərblə münasibətlərində müəyyən suallar mövcuddur. Ancaq Gürcüstan hökuməti Avropa İttifaqı və NATO-ya üzvlük planından imtina etməyib. Gürcüstanda 5 gün əvvəl NATO-nun təlimləri keçirilib”.
Politoloqun sözlərinə görə, Gürcüstandan fərqli olaraq Azərbaycan və Ermənistanın NATO-ya üzvlük kimi hədəfləri yoxdur:
“Belə olan halda Zaxarova və ona təlimat verənlər Azərbaycanla Ermənistanı niyə hədəf seçiblər? Yəqin Kremldə hesab edirlər ki, Bakı və İrəvan Kremllə münasibətlərin soyuqluğu fonunda özlərinə alternativ yollar axtaracaqlar. Azərbaycanın alternativ axtarışına ehtiyacı yoxdur. NATO-nun hərbi gücünə görə ikinci ən böyük dövləti olan Türkiyə Azərbaycanın hərbi-strateji müttəfiqidir və bu, bizim üçün yetərlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət