Ermənistan bütün sahələrdə qaz tədarükünü diversifikasiya etməyə çalışacaq.
Sherg.az xəbər verir ki, baş nazir Nikol Paşinyan ölkədə qazın sərhəddən son istehlakçıya qədər qiymət formalaşmasının digər ölkələrlə müqayisədə yüksək olduğunu bildirib.
“Ermənistanda qaz ucuz deyil. Əgər ikinci, üçüncü və ya dördüncü mənbədən qaz almaq imkanı yaranarsa, biz bu yolla gedəcəyik”, - Paşinyan deyib.
O, “Qazprom Ermənistan”ın gəlirli şirkət olduğunu da qeyd edib.
Hazırda Ermənistanın əsas qaz tədarükçüsü Rusiyadır. 2025-ci ildə Rusiyadan 2,23 milyard kubmetr, İrandan isə 477 milyon kubmetr qaz idxal edilib.