Ermənistan həbsxanalarında ölüm halları artıb
Yusif Nəzərli
23:47 22.04.2025
Region
508
Ermənistanda həbs yerlərində ölənlərin sayı artmaqda davam edir.
“Report” xəbər verir ki, bu barədə ölkənin Kriminal İcra Xidməti məlumat yayıb.
Aprelin 20-də İrəvanın “Nubaraşen” həbsxanasında 54 yaşlı məhbus Z.Q. intihar edib. Bu, 2025-ci ilin əvvəlindən Ermənistan həbsxanalarında ölümlə nəticələnən 10-cu hadisə və beşinci intihardır.
Hüquq müdafiəçisi Janna Aleksanyanın sözlərinə görə, ölkənin penitensiar sistemində vəziyyət xeyli pisləşib.
2024-cü ildə Ermənistan həbsxanalarında 12 ölüm halı qeydə alınıb. Bundan əlavə, 298 məhbus aclıq aksiyası keçirib, 200 məhbus isə özlərini şikəst edib. Hüquq müdafiəçilərinin fikrincə, bu məlumatlar dövlətin belə hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görmək iqtidarında olmadığını göstərir.
Aleksanyan onu da bidirib ki, hüquq-mühafizə orqanları sistem problemlərini həll etmədən baş verənləri daha əlverişli prizmadan təqdim etməyə çalışırlar.
“Nübaraşen”də “təmizlik”
Aprelin əvvəlində Ermənistan mətbuatı “Nubaraşen” həbsxanasında məhbuslarla amansız rəftar barədə məlumat yayıb. Aleksanyanın sözlərinə görə, ömürlük azadlıqdan məhrum edilənlərin saxlandığı beşinci mərtəbədə “təmizləmə” aparılıb.
Kriminal İcra Xidməti xüsusi təyinatlıların fiziki güc tətbiq etdiyini təsdiqləyib. Bildirib ki, məhkumlardan biri “vəziyyəti gərginləşdirib”. Məhkum kameranın qapısındakı yeməklərin keçirildiyi lyukun açıq qalmasını tələb edib, həmçinin gəzinti vaxtının uzadılmasında israr edib.
Ədliyyə naziri Srbuhi Galyan bildirib ki, həbsxana əməkdaşları tərəfindən heç bir sui-istifadə halları olmayıb: "Məhkumlar etiraz aksiyası keçirməyə cəhd ediblər və bununla da qanunsuz hərəkətlərə, o cümlədən əmlakın yandırılmasına yol veriblər. Bu, yolverilməzdir, ona görə də qanun çərçivəsində tədbirlər görülüb".
Ermənistan Ombudsman Aparatı məhbuslarda xəsarətlərin olduğunu təsdiqləyib: "Ofis nümayəndələri saxlanılanların bədən xəsarətlərini sənədləşdiriblər". Eyni zamanda, ədliyyə naziri daha əvvəl bildirmişdi ki, məhkumlar arasında zərərçəkən olmayıb.
Müstəqil müşahidəçilər zorakılıq əlamətlərini qeydə alırlar
Rəsmi məlumatlara görə, “Nubaraşen” həbsxanasında 391 məhbus və 183 məhkum saxlanılır. Məhbuslara qarşı zorakılıq xəbərlərindən sonra müstəqil müşahidəçilər həbsxanaya baş çəkiblər. Onların sözlərinə görə, zorakılıq əlamətləri qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə