
Hasan Oktay: 1.5 milyon fələstinli köçkünün Türkiyəyə gətirilməsi müzakirə olunur
08:45 21.04.2025
Region
491
Türkiyənin kəşfiyyat rəhbəri (MİT) İbrahim Kalın Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı danışıqlar aparmaq üçün şənbə günü Türkiyədə HƏMAS qruplaşmasının liderləri ilə görüşüb.
Bu barədə "Anadolu" məlumat yayıb.
HƏMAS Siyasi Bürosunun rəhbəri Məhəmməd Dərviş və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən Kalın daimi atəşkəsin təmin edilməsi təşəbbüslərini və İsrailin Qəzza əhalisini zorla köçürmə planlarına qarşı mübarizə yollarını müzakirə edib.
Kalın onları Türkiyənin davamlı dəstəyinə əmin edib və Ankaranın Fələstin ərazisini işğal etmək və ya ilhaq etmək üçün istənilən yeni cəhdlərə qəti şəkildə qarşı çıxacağını bildirib.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a bildirib ki, Türkiyə, HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi hücumdan sonra Qəzza məsələsindəki həssaslığını ən yüksək səviyyədə saxlayır:

"Hücumun arxasında İran və Rusiyanın dayandığı və məqsədin Türkiyə-İsrail münasibətlərinin inkişafına mane olmaq olduğu qənaətindən çıxış edən Ankara, son bir il yarım ərzində bölgədə geniş diplomatik təşəbbüslərlə daimi atəşkəsin təmin olunması və fələstinlilərin öz yurdlarında qalması üçün bütün diplomatik vasitələrdən istifadə edir. Türkiyə, zaman-zaman İsraillə – Suriyada olduğu kimi – sərt qarşıdurmalar riskini belə gözə alaraq, Qəzza məsələsindəki həssaslığını davam etdirir. Hazırda Qəzzadakı blokadadan qaynaqlanan humanitar fəlakətin qarşısını almaq məqsədilə Türkiyə yardım fəaliyyətlərini genişləndirir və ehtiyacı olan insanlara yardımların sağlam şəkildə çatdırılması üçün böyük səylər göstərir.
İsrail isə bölgədə, xüsusilə HƏMAS olmaqla, öz təhlükəsizliyi üçün risk hesab etdiyi bütün strukturların məcburi köçürülməsi fikrini irəli sürür. Bu siyasəti daha çox ABŞ və Donald Tramp vasitəsilə gündəmdə saxlayaraq, arxasında böyük bir gücün dayandığı təəssüratını yaratmağa çalışır".
Politoloq əlavə edib ki, başda Türkiyə olmaqla, İslam dünyası İsrailin bu sürgün siyasətinin qarşısını almaq üçün hər cür mübarizəni aparır:
"Eyni zamanda, təxminən 1.5 milyon fələstinli köçkünün Türkiyəyə gətirilməsi ilə bağlı fikir birliyinə gəlindiyi də müzakirə olunmaqdadır.
Türkiyə diplomatik sahədə, xüsusilə xarici işlər naziri Hakan Fidan və MİT rəhbəri İbrahim Kalın vasitəsilə bu təşəbbüsləri həyata keçirir və əldə etməyə çalışdığı nəticələr beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir. İsrail, heç bir razılaşmaya varmadan bütün girovların qeyd-şərtsiz azad edilməsini tələb edir. HƏMAS isə müəyyən təminatlar istəyir. Bu bir-birinə zidd olan tələblər fonunda İsrail atəşkəsi pozur və Qəzzaya tətbiq olunan blokadanı daha da sərtləşdirir. Türkiyə, bu vəziyyətdə təcili olaraq bütün dünyanı hərəkətə keçməyə çağırır ki, humanitar yardımlar Qəzzaya çatdırılsın və burada yaşanan insanlıq faciəsinin qarşısı alınsın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə